Tabloid.az
Leyla Əliyevanın təşəbbüsü ilə Maltada beynəlxalq tədbir keçirilib - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident sarayında “Yer kürəsi uşaqların gözü ilə” devizi altında sərgi açılıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai
Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın Prezidenti Corc Abela,
Baş naziri Cozef Muskatın xanımı Mişel Muskat, təhsil naziri
Evarist Bartolo, bu ölkənin dövlət və hökumət rəsmiləri, ətraf
mühitlə bağlı bir sıra qurumların rəhbərləri, ali təhsil
ocaqlarının təmsilçiləri, habelə Azərbaycanın İtaliyada və
Maltadakı səfiri Vaqif Sadıqov və başqaları iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin
rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli fotoqraf Reza
Deqatinin dəstəyi ilə 2012-ci ildə baş tutan “Yer kürəsi uşaqların
gözü ilə” adlı beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit
mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk
beynəlxalq layihə hesab olunur. Həmin ilin sentyabrında elan
olunmuş, “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram”
devizləri altında keçirilən müsabiqədə dünyanın 90 ölkəsindən
1200-dən çox uşaq və gənc iştirak edib. Beynəlxalq fotomüsabiqəyə 4
mindən çox fotoşəkil təqdim edilib. Müsabiqənin qalibləri Reza
Deqatinin sədrlik etdiyi, “Reuters”, “Polka” jurnalı, “National
Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər
qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən
müəyyən edilib.
Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin
mayında Bakıda “Yer kürəsi uşaqların gözü ilə” festivalı keçirilib.
Valettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş 100
ən yaxşı şəkil nümayiş olunur.
“Yer kürəsi uşaqların gözü ilə” sərgisinin təşkilatçıları İDEA
İctimai Birliyi və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi
AİNA Dünya qeyri-hökumət təşkilatıdır. 2012-ci ilin oktyabrında
Moskvada keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə
şəhərində də təşkili planlaşdırılır.
Əvvəlcə “Yer kürəsi uşaqların gözü ilə” layihəsinin nümayəndəsi,
Maltanın məşhur fotoqrafı Çarls Mifsud tədbir iştirakçılarını
salamlayıb və sərginin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu
təkcə fotosərgi deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən
gələn uşaqların ətraf mühitə baxış tərzidir.
Azərbaycanın heyranedici ölkə olduğunu deyən Çarls Mifsud
ədəbiyyatımızın, tarixi abidələrimizin onu məst etdiyini diqqətə
çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin
rəhbəri Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışıb:
“İlk öncə, özünəməxsus tarixə malik bu gözəl ölkədə olmaqdan
məmnunluğumu bildirmək istərdim. Bu gün biz buraya İDEA – Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası və dünyanın
aparıcı fotoqraflarından biri olan Reza Deqati tərəfindən əsası
qoyulan “Yer kürəsi uşaqların gözü ilə” devizi altında həyata
keçirilən beynəlxalq layihəni təqdim etmək üçün toplaşmışıq. Sərgi
90-dan çox ölkədən minlərlə uşağa öz istedadlarını nümayiş
etdirməyə və ətraf mühitə, təbiətə olan maraqlarını göstərməyə
imkan yaradır. Nümayiş olunan şəkillərin fərqli cəhəti ondan
ibarətdir ki, onlar təkcə təbiətin gözəlliklərini deyil, eyni
zamanda, planetimizin üzləşdiyi təhlükə və dağıntıları əks etdirir.
Bu, uşaqların yer kürəsində baş verənləri anlaması və hiss etməsi
üçün yaxşı təcrübədir. Sərgi bir daha göstərir ki, dünyanın
müxtəlif bölgələrindən olan insanlar planetimizi qorumaq məqsədilə
bir araya gəlir.
Azərbaycan çox zəngin biomüxtəlifliyə malikdir. Ölkəmizdə ətraf
mühitə dair əsaslı proqram mövcuddur. Proqrama uyğun olaraq ətraf
mühitə dair bir çox təşəbbüslər həyata keçirilib, mühüm
nailiyyətlər əldə edilib. Bu gün Azərbaycan qonşu dövlətlər
arasında dialoqun qurulmasında bilavasitə iştirak edən və bu işə
töhfə verən ölkədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu gün
ətraf mühit üzrə təşəbbüslərin həyata keçirilməsi istiqamətində
regionda liderdir. Çox şadam ki, İDEA İctimai Birliyi bu
təşəbbüslərə öz töhfəsini verməkdədir.
Ümid edirəm ki, sərgi planetimizin qorunmasında iştirak etmək
istəyən insanların sayını artıracaqdır.
Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə,
baxmayaraq ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama
əsaslanan yaxşı əlaqələr mövcuddur. Tarixən hər iki ölkə Avropa ilə
dünyanın digər bölgələri arasında körpü rolunu oynayıb”.
Reza Deqati vurğulayıb ki, sərgidə bir çox ölkələri təmsil edən və
birgə çalışdığı uşaqların işləri nümayiş olunur. Bu şəkillər
vasitəsilə biz yaşadığımız dünyaya bir daha nəzər yetirmiş
oluruq.
Qeyd edilib ki, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın
belə bir təşəbbüsü irəli sürməsinin məqsədi gələcək nəsilləri ətraf
mühitlə bağlı məlumatlandırmaqdır. Məhz, uşaqların gözü ilə ətraf
mühitlə bağlı problemlərin nə dərəcədə önəmli olduğunu nümayiş
etdirmək çox gözəl ideyadır.
Bakı ilə Maltanın şəhərlərini biri-birinə bənzədən Reza Deqati
diqqətə çatdırıb ki, sərgi iki ölkəni daha da yaxınlaşdırır.
Tədbirin əhəmiyyətindən danışan Vaqif Sadıqov vurğulayıb ki, belə
bir sərginin keçirilməsi müxtəlif qitələri təmsil edən uşaqların
planetimizi necə gördüyünü öyrənmək baxımından olduqca vacibdir.
Sərgi ilə tanışlıq zamanı uşaqların onları əhatə edən dünyanı,
təbiəti necə təsəvvür etdiklərini, planetimizi daha gözəl bir
məkana çevirmək üçün balacaların hansı xəyalları qurduqlarını
görmək mümkündür.
Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin müvafiq
istiqamətdə gördüyü işlərə toxunan səfir, qurumun dünyanın müxtəlif
ölkələrində bu cür sərgilər təşkil etdiyini diqqətə çatdırıb. O,
qeyd edib ki, bu cür tədbirlər təbiəti qorumaq üçün səfərbər olan
insanların bir araya gəlməsi baxımından yaxşı imkan yaradır.
Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan Vaqif
Sadıqov bildirib ki, son illərdə ikitərəfli münasibətlər bütün
sahələrdə inkişaf etməkdədir.
Tədbirdə çıxış edən Evarist Bartolo bildirib ki, yaradıcılıq,
fikirlərin, hisslərin effektiv ifadəsi sərginin ən mühüm
elementləridir. Biz bu şəkillər vasitəsi ilə uşaqların yer üzündə
mövcud olan gözəllikləri necə əks etdirdiklərinin şahidi oluruq.
Sərgi, eyni zamanda, ətraf mühitdə cərəyan edən mənfi prosesləri
görməyimiz üçün də yaxşı imkan yaradır. Təbiətin çirklənməsi və
insanların ətraf mühitə vurduğu ziyan dəhşətli həddə çatmışdır.
Məhz bu şəkillər həqiqətləri görməkdə bizə yardımçı olur.
Malta Respublikasının Prezidenti Corc Abela sərgidə çıxış edərək,
bildirib ki, son dövrdə bizi əhatə edən təbiət unudulub. İnsanlar
ətraf mühitdə baş verənlərə biganə yanaşırlar. Bu baxımdan
planetimizdə cərəyan edən hadisələrə uşaqların gözü ilə baxmaq
olduqca maraqlıdır.
Maltanın dövlət başçısı diqqətə çatdırıb ki, ölkələrimiz arasında
yüksək səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər təkcə siyasi
səviyyədə deyil, digər istiqamətlər üzrə də inkişaf etməkdədir.
Xalqlarımız ortaq dəyərləri bölüşür.
Malta dövlətinin başçısı sərginin bu ölkədə keçirilməsi təşəbbüsünə
görə İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya
minnətdarlığını bildirib.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
şərəfinə Maltanın Baş nazirinin yay iqamətgahı olan Girgenti
sarayında şam yeməyi verilib.
Sərgi fevralın 28-dək davam edəcəkdir.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO