Müğənni Zemfiranın anası dünyasını dəyişdi - FOTO
Bizi izləyin

Tabloid.az

Müğənni Zemfiranın anası dünyasını dəyişdi - FOTO

38 yaşlı müğənni Zemfira Ramazanova dərd içindədir. Publika.az "Komsomolskaya Pravda"-ya istinadən xəbər verir ki, müğənninin 69 yaşlı anası Florida Xakirvna Ramazanova ötən istirahət günü Ufada dünyasını dəyişib.

Son illərdə Zemfiranın anası çox faciələr yaşayıb, görünür ki, baş verənlər onun sağlamlığına pis təsir göstərib. Xatırladaq ki, müğənninin atası 2009-cu ildə ürək tutmasından dünyasını dəyişib, bir il sonra isə müğənninin 43 yaşlı böyük qardaşı Ramil Ramazanov sualtı ov zamanı batıb və faciəli şəkildə ölüb.

Zemfiranın anası faktiki olaraq tək qalır. Müğənni özü də buna görə çox narahat idi. O, anasını Moskvaya öz yanına aparmağa hazırlaşırdı, amma macal tapmadı. Qəfil ölüm xəbərini eşidən Zemfira dərhal anasının dəfni üçün doğma şəhərinə yola düşüb.

Dəfn mərasiminə jurnalistlər də toplaşıb. Lakin jurnalistlərdən biri vida mərasimini çəkmək istədiyi zaman ifaçının qohumları tərəfindən saxlanılıb.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm