Şakiranın heç yerdə görmədiyiniz - FOTOLARI
Bizi izləyin

Tabloid.az

Şakiranın heç yerdə görmədiyiniz - FOTOLARI

Sosial şəbəkədə dünya şöhrətli müğənni Şakiranın yeniyetməlik fotoları yayılıb. Fotolardan göründüyü kimi, kişiləri məhz sarışınlığı ilə valeh edən Şakiranın saçlarının təbii rəngi qara, boyu isə 157 sm-dir.

Şakira 1977-ci il fevralın 2-də Kolumbiyada dünyaya gəlib. Uşaqlığı kitabların arasında keçən müğənni 5 yaşından şeirlər yazıb, 7 yaşından isə musiqi bəstələyib. Xatırladaq ki, ilk bəstəsini atasına həsr edib.

Musiqi karyerasında ilk müqavilsini 10 yaşında bağlayan müğənni 13 yaşında ilk, 15 yaşında isə ikinci albomunu çıxarıb. 14 aylıq dünya turunda 130 konsert verib. Amma nə ilk albomu, nə də ikinci albomu ona uğur gətirməyib. Səsyazma studiyası ona 3-cü və sonuncu şansı 2001-ci ildə verib və Şakira “Laundry Service” albomunu çıxarıb. Nəhayət, gur səsli Şakira bu albomla səhnəni fəth edib.

Latın Amerikası rəqslərinin ritmləri ilə böyüyən müğənni musiqi karyerasındakı uğurlarını da rəqslərinə borcludur. O rəqs etməyi, xüsusən, şərq rəqslərini hələ 4 yaşında ikən livanlı nənəsindən öyrənib.

Şakira 2006-cı ildə “Google”-da ən çox adı axtarılan qadın olub.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm