Tabloid.az
Azərbaycanla Mərakeş arasında mədəniyyət və turizm münasibətləri müzakirə edilib
Fevralın 20-də mədəniyyət və turizm naziri ƏbülfəsQarayev Mərakeş Krallığı parlamentinin Nümayəndələr palatasının Xarici əlaqələr, milli müdafiə, İslam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Əli Kəbirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan ƏbülfəsQarayev iki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan və Mərakeş arasında əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb.Qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin də öz rolu var və Mərakeş parlament heyətinin Azərbaycana səfəri bunun göstəricisidir.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə daha çox ehtiyac duyulduğunu deyən nazir mərakeşli həmkarı ilə beynəlxalq tədbirlər zamanı keçirdiyi görüşlərdə bu istiqamətdə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayıb və hər iki tərəfin bu sahədə praktik addımlar atmağa hazır olduğunu bildirib. 2008-ci ildə ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində hökumətlərarası sazişin imzalanması, 2008-2009-cu illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini bildirən nazir "Düşünürəm ki, Mərakeş Krallığı Nümayəndələr palatası üzvlərinin səfəri turizm sahəsində əməkdaşlığa da öz töhfəsini verəcək" ümidini ifadə etmişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən Əli Kəbiri səfərin mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə, həmçinin turizm və digər sahələrdə münasibətlərə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu deyib.Ölkəsinin turizm sahəsində böyük imkanlara malik olduğunu vurğulayan Əli Kəbiri bu istiqamətdə də Azərbaycanla əməkdaşlığa, turizmin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə hazır olduqlarını bildirib: "Mərakeş turizm sahəsində böyük uğurlar əldə edib. Bizin turizm infrastrukturumuz çoxşaxəlidir, dağ turizmindən dəniz turizminə qədər bütün sahələrdə inkişaf əldə olunub. Biz qazandığımız təcrübəni azərbaycanlı mütəxəssislərlə paylaşa bilərik".
Görüşdə ikitərəfli maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb. Qəbulda Mərakeş Krallığı Nümayəndələr
palatasının diplomatik məsələlər üzrə müşaviri Əl CaffaliMunir və
bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan
Hami iştirak edib.
Görüşün sonunda Mərakeşli nümayəndə heyətinə Azərbaycan mədəniyyəti
və turizm imkanlarını təbliğ edən kitab və təşviqat materialları
hədiyyə edilib.
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO