Tabloid.az
İradə qızının ispanca danışmasını arzulayır
Türkiyədə yaşayan həmyerlimizlə ailə həyatı quran və İpək adlı qız övladı olan müğənni İradə İbrahimovanı nümunəvi ana hesab etmək olar. Vaxtının çoxunu ailəsinə ayıran sənətçi həftəlik proqramını qızına uyğun qurur. Bu barədə “Tabloid.az”-a açıqlama verən İradə xanım deyir ki, hər həftə sonu qızına tapşırıqları etməkdə kömək olur:"Ona fikirlərini necə izah edəcəyinə kömək oluruq. Eyni zamanda, atası ilə teatra və kinoya aparırıq. Heyvanlara qarşı qorxusu var. Bunu aradan qaldırmaq üçün at sürməyə gedirik. Onun yaşına uyğun aktiv həyat tərzi keçirməsi üçün əlimizdən gələni əsirgəmirik” - deyə o bildirdi. Öyrəndik ki, İradə xanım qızı üçün başqa bir məşğuliyyət də düşünüb. O, 4 yaşlı İpəyin formalaşmasında gimnastikanın önəmli olacağı qənaətindədir.
İradə xanım İpəyin 3 dildə danışdığını və başa düşdüyünü söyləyir. Demə, Azərbaycan, Türkiyə türkcəsində və rus dillərində fikirlərini sərbəst ifadə edən İpək özü dilləri öyrənməyə maraq göstərir. İradə xanım deyir ki, növbəti illərdə qızının ispanca öyrənməsinə çalışacaq.
Qızını kim görmək istədiyinə gəldikdə, isə o qızının istədiyi peşəni seçməsində ona kömək olacağını deyir: “Sağlam düşüncə ilə verəcəyi hər bir qərarına sonsuz sayğı ilə yanaşacam. Hazırda yanımda əyləşib və kitabdakı şəkillərə baxaraq pazl toplayır. Bir də özündən nağıllar uydurub danışmağı sevir. Səbirlə onu dinləyirəm”, – deyə sənətçimiz sözünə yekun vurdu.
Zəminə
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi