Tabloid.az
Rəqsanə konsert biletinin satışına qadağa qoydu
Müğənni Rəqsanə İsmayılovanın konsertinin vaxtı dəqiqləşdi: 30 iyun. Təşkilatçı Nahid Emiloğlu konserti əlamətdar günə təyin edib. Bu, Rəqsanə xanımın əsgər, şəhid, əlil ailələrinə ərməğanı olacaq.
Müğənni xatırladır ki, iyunun 30-u İlhamla Fərizənin toy gündür.”Biz konserti həmin tarixə keçirdik. Məkanımız Yaşıl Teatrdır. Konsertə bilet satışı olmayacaq. Şəhid, əsgər, ailələri, bir sözlə Vətən uğrunda xidməti keçən hər bir kəsi konsertimə dəvət edirəm. Bunu özümün onlara borcum bilirəm. Həmin günü “Sevgililər günü” kimi qeyd edənlər də konsertə dəvətlidirlər” – deyən sənətçi bilet satışının ümumiyyətlə olmayacağını xüsusi diqqətə çatdırdı.
Konsertdə hələ adını açıqlamaq istəmədiyi yerli rejissorlardan birinin ekranlaşdırdığı “Heydər- İlham - Azərbaycan” mahnısının klipi təqdim ediləcək.
Rəqsanə İsmayılovanın növbəti iki klipi isə konsertdən öncə televiziya və mətbuat işçilərinə təqdim ediləcək. Təqdimatda Türkiyədə ekranlaşdırılan “Yollarımı verdim sənə” və “Aşk” klipləri nümayiş olunacaq.
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək