Tabloid.az
Emin Ağalarovun yeni müsahibəsi: “Gecikməkdən qorxuram” - FOTOLAR
Bakıya “Ən yaxşı ifaçı” nominasiyasında “World Music Awards” mükafatının qalibi kimi dönən məşhur müğənni-bəstəkar EMIN Buro 24/7 Azerbaijan portalına müsahibəsində öz təəssüratlarından, sevimli brendlərindən və gələcək planlarından söhbət açıb. Tabloid.Az "buro247.az" saytına istinadən Emin Ağalarovun ekskluziv müsahibəsini təqdim edir:
- Emin, öncə Sizi bu nailiyyət münasibətilə təbrik edirik. "World Music Awards" müsabiqəsində iştirakınız barədə nə deyə bilərsiniz?
- Bildiyimə görə, xüsusi seçilmiş münsiflər heyəti albomları ölkə hüdudlarından kənarda ən çox satılan ifaçıların siyahısını hazırlayıb mükafatın rəsmi saytında yerləşdirirlər. Daha sonra 6-8 ay müddətində onlayn səsvermə keçirilir, sonda münsiflərin balları ilə yığılan səslər toplanır və qalib elan olunur.
- Yəni, ilk vaxtlar iştirakınız barədə məlumatsız
idiniz.
- Bəli. Onlayn səsvermə zamanı dostlarımdan biri zəng edib bu
xəbəri mənə söylədi. Özümü dünyanın məşhur ifaçılarıyla bir
siyahıda görəndə çox təəccübləndim. (gülür)
- Belə bir dünya miqyaslı musiqi yarışmasına dəvət almaq
və oradan qalib kimi ayrılmaq necə hisdir?
- Dostlarım Timati və Qriqoriy Leps ilə "World Music Awards"
yarışmasına ifaçı kimi dəvət almışdıq. Çıxışımıza hazırlıq zamanı
təşkilatçılar bizə yaxınlaşıb üçümüzdən birinin "Ən yaxşı ifaçısı"
nominasiyanın qalibi olacağını dedi. Ancaq hansımızın qalib olacağı
bilinmirdi. Sözsüz ki, həyəcanlıydıq. Qalibiyyətdən sonra isə məni
ilk təbrik edən Qreqoriy Leps oldu. O, məni qucaqlayıb "Təbrik
edirəm, qardaş" - dedi.
- Fəxredici hisdir ki, belə bir nüfuzlu mükafatı Müslüm
Maqomayevə həsr etdiniz.
- Başqa cür ola da bilməz, çünki, məni musiqiylə Müslüm Maqomayev
tanış edib və bütün incəliklərini öyrədib. Odur ki, ömrümün axırına
qədər əldə etdiyim bütün nəaliyyətləri ona ithaf edəcəm.
- Gəlin, bir qədər də geyim tərzinizdən danışaq. Hansı
stilə üstünlük verirsiniz?
- Üstünlük verdiyim konkret bir geyim tərzi yoxdur. Lakin "casual"
stildə özümü daha rahat hiss edirəm. Sözsüz, səhnə obrazı gündəlik
geyimdən seçilməlidir. Düşünürəm ki, stilistə ehtiyacım yoxdur və
ətrafımda olan yaxın insanların fikri mənə bəs edir.
- Bəs brendlər barəsində nə düşünürsünüz?
- "Brendomaniya"dan əziyyət çəkmirəm. Məsələn, üzərimdəki geyim
Adidas-dır.
- Ən sevdiyiniz aksessuar hansıdır?
- Qol saatı. Qolumda saat olmayanda özümü narahat hiss edirəm və
hər yerə gecikəcəyimdən qorxuram. U-Boat isə ən sevimli saat
brendimdir. Rahat, eyni zamanda çox dəbli görünürlər.
- Sizcə, xarakterinizdə mənfi cəhətlər
hansılardır?
- (Bir qədər düşünür). Mən daim öz üzərimdə çalışıram və
xarakterimdə olan boşluqları doldurmağa can atıram. Ancaq hələ ki,
özümlə bacara bilmədiyim yeganə mənfi cəhətim səbrsizliyimdir. O da
düzəlsə, hər şey əla olar.
- Bəs insanlarda ən çox hansı xüsusiyyətləri
qiymətləndirirsiniz?
- Səmimiliyi, düzgünlüyü və sadiqliyi.
- Emin, boş vaxtlarınızı necə keçirirsiniz?
- İş qrafikim gərgin olduğu üçün boş vaxtım demək olar ki, olmur.
Ancaq vaxt tapan kimi Bakıya - uşaqlarımın yanına gəlirəm. Bu, mənə
zövq verir və onlarla birlikdə olanda dincəlirəm.
- Gələcək planlarınızda hansısa bir məşhurla duet oxumaq
varmı?
- Çox güman ki, Timati ilə duetimiz olacaq. 21 iyunda "Sea
Breeze"də Kreyq Devidlə möhtəşəm bir konsertimiz olacaq, növbəti
gün isə o, Bakıda U-boat butikinin açılışında iştirak edəcək.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"