Tabloid.az
Aygün Kazımova yeni qalmaqalda Faiq Ağayevin tərəfini tutdu
Ötən gün müğənni Rəhim Rəhimlinin xalq artisti Faiq Ağayevi tənqid etməsi və “onun zamanı keçib” deməsi yeni bir qalmaqala təkan verdi.
Xalq artisti Aygün Kazımova bu məsələyə münasibət bildirib. O, Rəhim Rəhimlinin uzun illərin dostu olan Faiq Ağayev haqqında söylədiklərinə təəccübləndiyini söyləyib:
“İllərə, günlərə, konsertlərə, performanslara meydan oxuyan, gənc həmkarlarına illərlə örnək olan, ustad dərslər keçən, estradamızın tək və rəqibsiz meqastarı Faiq Ağayevdir. Düz 26 ildir bunun şahidiyik. Dostum Rəhimin söylədiyi qarışıq fikirlər məni çox təəccübləndirdi.Mən bu qənaətdəyəm ki, bu məsələdə böyük anlaşılmazlıq var. Yəqin elə Rəhim özü buna aydınlıq gətirib, son qoyacaq. Mən Rəhimi belə biri kimi tanıyıram. Düşünürəm ki, heç də yanılmıram”.
Xatırladaq ki, R.Rəhimli "10lar” verilişinə açıqlamasında F.Ağayev haqqında danışaraq bunları deyib: "Faiq Ağayev məndən illər öncə səhnədədir. Zamanında konsertlər verib, əməkdar, xalq artistidir. Sənətdə hər istədiyinə nail olub. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil”.
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev