
Əməkdar artist Aygün Bəylər uzun fasilədən sonra konsert verməyə hazırlaşır. Yenidən köhnə imicinə qayıdan müğənni solo konsertini dəniz sahilində verməyi planlaşdırıb.
İyunun 21-i baş tutacaq konsert proqramında əməkdar artistin müğənni dostları Aygün Kazımova, Elnur Məmmədov, İlqar Murad, Niyam Səlami, Ramal İsrafilov, Namiq Qaraçuxurlu, dj Çina, Faiq Ağayev də iştirak edəcəklər.