Tabloid.az
"Bəlkə, məni 6 kişi birdən saxlayır?" – MÜSAHİBƏ
Son günlər Xalq artisti, rəqqas Kamil Dadaşov, baletmeyster Şəhriyar Cəfərov, hind rəqslərinin ifaçısı Oksana Rəsulova və milli rəqslərin ifaçısı Fatimə Fətəliyeva arasında qalmaqal yaşanmaqdadır.
Oksana Rəsulova ilə Fatimə Fətəliyeva arasında yaradıcılıq qalmaqalı artıq bir neçə ildir ki, davam edir. Maraqlıdır ki, son qalmaqal zamanı Kamil Dadaşovla Şəhriyar Cəfərov da Fatiməyə qarşı çıxaraq, onun sənətini bəyənmədiklərini bəyan ediblər. Onlar Fatiməni həvəskar rəqqasə adlandırıblar.
Fatimə Fətəliyeva isə ona qarşı tənqidi fikirlər səsləndirənlərin cavabını Teleqraf.com vasitəsilə verib.
- Həmkarlarınızın sizin barənizdə tənqidi
fikirləri nə ilə bağlıdır?
- Mən onların dediklərini, fikirlərini boş verirəm. Çünki onların
fikirləri mənə maraqsızdır. Haqqımda danşan insanlar mənim sənətdə
etdiklərimin 1 faizini reallaşdırmayıblar. Onlar mənim sənətdə
gördüyüm işlərin cüzi bir hissəsini etsinlər, sonra haqqımda
danışmaqlarına icazə verərəm. Vallah, o insanlar mənim heç yadıma
da düşmürlər ki, nə danışdıqları maraqlı da olsun. Axı onlar
kimdirlər ki, məni bəyənməsinlər, haqqımda rəy bildirsinlər? Məni
müəllimlərim, profissonal korifey sənətkarlar bəyənir.
- Bu
dedikləriniz güman ki, xalq artisti Kamil Dadaşova şamil
olunmur?
- Kamil Dadaşov mənim haqqımda dediklərinə peşman olub. Zəng vurun,
özündən soruşun. O, deyir ki, mən yaşlı kişiyəm. Ola bilər ki, səhv
danışmışam. O boyda kişi üzürxahlıq elədi. Yəni Kamil
Dadaşov...
- Oksana
Rəsulova ilə aranızdakı qalmaqal niyə səngimir?
- O, kimdir axı? Oksana ümumiyyətlə, rəqqasəsidir ki? Başa
düşmürəm, biz Hindistanda yaşayırıq ki, hind rəqslərini təmsil
edək? O, hələ getsin bizim rəqsləri öyrənsin. Sonra gəlsin, mənimlə
sənət söhbəti etsin. Oksana Rəsulova bunu dedi, onu dedi. Nə
dedisə, cəhənnəmə desin. O insan mənə maraqsızdır. Dediyi bütün
sözlər özünə aiddir, mənə deyil.
- Şəhriyar
Cəfərov deyir ki, Fatimə Fətəliyeva həvəskar
rəqqasədir...
- Mən onlara vızıldayan milçək deyirəm. Şəhriyar da balet
oynayandır, getsin baletini oynasın. Ayağını qaldırsın göylərə,
balet oynasın. Onun heç milli rəqslərdən başı çıxmır. Şəhriyar
yaxşı rəqqas olsaydı, onu İncəsənət Gimnaziyasından qovmazdılar.
Şəhriyar Təranə Muradova, Afaq Məlikovanı bəyənmir. Ümumiyyətlə, bu
insan özündən başqa heç kimi bəyənmir. Yox, durub, məni
bəyənəcək?!
- Onların bu
qalmaqalı yaratmaqda məqsədləri nədir?
- Mən onlardan çox pul qazanıram. Onlar da bundan havalanırlar.
İstəyirlər ki, qalmaqal edib, çox pul qazansınlar. Allah hamının
ruzisini ağlına görə versin ki, onları da tədbirlərə çağırsınlar.
Əziyyət çəkib, pul qazansınlar. İşləsinlər, özlərini
dolandırsınlar. Mən yenə də deyirəm və sözlərimin üstündə
dayanıram. Sponsor gücünə özümü Fatimə etməmişəm. Bu səhnəyə heç
bir kişinin sayəsində deyil, sənətimlə gəlmişəm.
- Oksana
Rəsulova deyib ki, sizə qarşı faktlarla danışacaq. Söhbət hansı
faktlardan gedir?
- Bilmirəm. Hansı faktlardan danışır? Mən ailəli olmuşam,
boşanmışam. Birinci uşağım ilk evliliyimdəndir. Bunların amma gör
neçə yaşları var, 80 dəfə ərə gedib, amma nə uşaq var, də ki,
ailə... İkinci dəfə ailə qurmuşam və şükür Allaha ki, bu
evlililiyimdən də oğlum var. Hansı faktdan söhbət gedir? Bəlkə məni
6 kişi birdən saxlayır? Bəlkə hansısa nazir, yaxud “Rusyetdə”
hansısa biznesmen pul buraxır? Gedib öz sandıqlarını da töksünlər,
pambıqlarını da... Şükür Allaha, mənim həyatım göz önündədir. Mən
gecələr, kafelərdə, barlarda, orada-burada gəzmirəm. İşimdə,
gücümdəyəm. Onlar kimdilər axı? Mənim səviyyəmdə olan insan
deyillər. Onlar mənə söz atırlar ki, bununla özlərini reklam
etsinlər. Oksana mənim sayəmdə gəlib önə çıxdı, tanındı. Şəhriyar
da bunu görür və özünü Fatimə adı ilə reklam edir. Amma bu
alınmayacaq. Çünki mənim heç kimi reklam etməyə həvəsim yoxdur. Mən
Azərbaycana haradansa gəlib, “lyubovniklərin”, sponsorların
hesabına Fatimə olmamışam.
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO