"Serenay, əvvəllər yaxşı öpüşmürdünüz”
Bizi izləyin

Tabloid.az

"Serenay, əvvəllər yaxşı öpüşmürdünüz”

Gecədə aparıcılıq edən İzzət Çapanın Serenay Sarıkayaya dediyi sözlər aktrisanı və zaldakıları şoka salıb

Bu il “Kristal Fare Mükafatları” 13 müxtəlif kateqoriya üzrə verilib. Tədbirə mükafat almaq üçün gələnlər arasında aktrisa Serenay Sarıkaya da olub.

Gecədə aparıcılıq edən İzzət Çapanın Serenay Sarıkayaya dediyi sözlər isə həm aktrisanı, həm də zaldakıları şoka salıb.

Serenayla sevgilisi Çağatay Ulusoyun baş rollarını oynadıqları “Medcezir” serialı haqqında fikirlərini dilə gətirən İzzət Çapa “əvvəllər yaxşı öpüşmürdünüz. İlk seriyalarda Çağatayla Serenay çox pis öpüşürdülər. Sevgili olduqdan sonra öpüşmələri yaxşılaşdı”, - deyib.

Serenay bu sözlərə heç bir cavab verməyib və mükafatını alaraq səhnəni tərk edib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm