Kösəm sultanı Beren Saat canlandıracaq - FOTO
Bizi izləyin

Tabloid.az

Kösəm sultanı Beren Saat canlandıracaq - FOTO

Gələn il cəkiləçək serialda Kösəm Sultan obrazını kimin oynayacağı müzakirə mövzusuna çevrilib

“Möhtəşəm yüz il” serialının final səhnəsindən sonra təqdim olunan “Möhtəşəm yüz il: Kösəm Sultan” serialının ilk videoçarxı müzakirələrə səbəb olub.

Tabloid.az xəbər verir ki, gələn il cəkiləçək serialda Kösəm Sultan obrazını kimin oynayacağı Türkiyə ictimaiyyətində müzakirə edilir. Bu rolun əvvəlcə Hürrəm sultan obrazı ilə tanınan Məryəm Üzərliyə təklif ediləcəyi bildirilsə də, sonradan prodüser bu fikirdən vaz keçib.

“Vatan” qəzetinin xəbərinə görə, Kösəm sultan obrazını Beren Saat oynayacaq.

Qeyd edək ki, Osmanlı tarixinin ən güclü qadınlarından hesab olunan Kösəm Sultan 15 yaşında olarkən İstanbula göndərilib və Sultan I Əhmədin xanımı olub. Kösəm qısa bir zamanda bütün sarayda böyük nüfuz qazanıb, hətta hökmdarlar belə onun bir dediyini iki eləməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm