Tabloid.az
“Onunla yatmadığım üçün fəxr edirəm!
Hollivud ulduzu 28 yaşlı aktyor Robert Petinson ilə 29 yaşlı ulduz müğənni ulduz Keti Perinin sevgili olduqları iddia edilib. "Alatoranlıq" filmi ilə şöhrətlənən Robertin yeni filmi “The Rover”-in qala gecəsində Keti Peri ilə həddən artıq səmimi olması diqqət çəkib.
Ketini gipürlü qara mini paltarda görən Robert həyəcanını gizlədə bilməyib. Gecə boyu Ketini qucaqlayıb öpən Robertin çox xoşbəxt olduğu nəzərdən qaçmayıb.
İddialara baxmayaraq, birlikdə olduqlarını inkar edən Robert və Keti daim bir-birlərinin yanında olan iki dost olduqlarını bildiriblər.
Axırıncı dəfə iddialarla bağlı “Elle” jurnalına açıqlama verən Keti hamını təəccübləndirib. Belə ki, müğənni arada ağlından Robertlə sekslə məşğul olmaq fikrinin keçdiyini deyib: “Petinson mənim qardaşım kimidir. Mən onun bacısıyam. Bir yerdə yaxşı vaxt keçiririk. Amma Robert çox yaraşıqlıdır və bəzən onunla yatmadığım üçün təəccüblənirəm. Hətta keçən gün bunu ona da dedim. Onunla hələ də yatmadığım üçün özümlə fəxr etdiyimi söylədim”.
Tabloid.az
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO