Uşaqları Günəşdən qorumağın yolları
Bizi izləyin

Tabloid.az

Uşaqları Günəşdən qorumağın yolları

Uşaqları Günəşin mənfi təsirlərindən qorumaq üçün hansı tədbirlər alınmalıdır?

Günəşin təsirləri uşağınızın sağlamlığı üçün ciddi təhlükədir. Çünki, uşaqlar yay aylarında saatlarla Günəşin altında oynayırlar, hovuzda və ya dənizdə vaxt keçirirlər. Bəzən hətta Günəş şüalarının təsiri nəticəsində huşunu itirənlər də olur.

Ultrabənövşəyi Günəş şüaları dəriyə zərər verir və gələcəkdə qırışlar, hətta ciddi dəri xəstəliklərinə səbəb olur.

Bu baxımdan Günəşdən qorunmaq yollarını mütləq bilməlisiniz.

Körpənizi çölə çıxararkən ona mütləq günəşdən qoruyucu krem çəkin. Kremi çölə çıxmadan 15-30 dəqiqə əvvəl sürtün və 2 saatda bir yeniləyin. Əgər uşağınız üzürsə, kremdən tez-tez istifadə etmək olar.Uşağınız məktəbə və ya bağçaya gedirsə, müəllimlərini bu mövzuda məlumatlandırın.

Günəşdən qoruyucu krem Günəşin zərərlərindən tam qoruya bilmir. Ona görə də, saat 11-16 arası çölə çıxmamaq daha doğru bir seçimdir. Tünd rəngli geyimlər günəş şüalarına qarşı daha yaxşı qorumanı təmin edir. Geyimləri Günəşə tutduqda içindən günəş şüaları keçməməlidir.

Üzün üzərinə kölgə salan şapka, ultrabənövşəyi şüaları bloklayan günəş gözlüyü də Günəşdən qorunmaq üçün əla vasitələrdir.

Uşaq günəş yanıqlarına məruz qalıbsa və dərisinə su toplanıbsa, ilk yardım olaraq bunu tətbiq edə bilərsiniz:

- Yanığa soyuq kompressi qoyun;
- Aloe krem çəkin. (Kremi çəkmədən öncə bir neçə dəqiqə soyuducuda saxlayın);
- Uşağın bol maye içməsini təmin edin;
- Uşağınız özünü yenə də pis hiss edərsə, qızdırması olarsa mütləq tibbi yardım alın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm