Dəri tipini müəyyən edən gözəllik testi
Bizi izləyin

Tabloid.az

Dəri tipini müəyyən edən gözəllik testi

Dəri təmizliyi dəri tiplərinə əsasən dəyişir. Yəni, dəriyə qulluq zamanı onun yağlı, quru, yaxud normal dəri tipi olmasını müəyyən etmək lazımdır. Tabloid.az dəri tipini müəyyən edən gözəllik testini təqdim edir:

Dəri təmizliyi dəri tiplərinə əsasən dəyişir. Yəni, dəriyə qulluq zamanı onun yağlı, quru, yaxud normal dəri tipi olmasını müəyyən etmək lazımdır. Tabloid.az dəri tipini müəyyən edən gözəllik testini təqdim edir:

Üzünüzü təmizləyici losyonla silərkən nə hiss edirsiniz?

1. Dərim sanki dartılır.

2. Dərim hamardır, heç bir xoşagəlməz hisslər keçirmirəm.

3. Quruluq və göynəmə meydana çıxır

4. Dəri zərifdir, xoşagələn hisslər keçirirəm.

5. Üzümün bəzi hissəsində quruluq, digər hissəsində ha-marlıq hiss edirəm.

Üzünüzə təmizləyici krem sürtərkən hansı hissləri keçirirsiniz?

1. Xoş hisslər.

2. Dəri hamardır.

3. Müxtəlif: bir yerdə hamarlıq, digərində göynəmə.

4. Sanki dəri həddən artıq yağlanır.

5. Dəri bəzi hissədə yağlıdır, digər hissədə hamar.

Günün ortasında üzünüz nə kimi dəyişikliklər hiss edirsiniz?

1. Qabıq verir.

2. Dəri təmiz və təravətli qalır.

3. Dərimin ayrı-ayrı yerləri qabıq verir və qızarır.

4. Dərim yağdan parıldayır.

5. Dərim alın, çənə və burun hissədə parıldayır.

Üzünüzü losyonla (toniklə) sildikdən sonra hansı hisslər yaranır?

1. Dəridə göynəmə hissi olur.

2. Heç bir hiss yoxdur.

3. Qaşınma və göynəmə meydana gəlir.

4. Xoş təravət hiss edirəm.

5. Bəzi yerdə təravət hissi, digər yerdə göynəmə.

Üzünüzə yağlı gecə kremi çəkdikdən sonra hansı hisslər yaranır?

1. Çox xoş.

2. Xoş hisslər keçirirəm.

3. Bəzən - qıcıqlanma, bəzənsə xoş hisslər.

4. Dəri çox yağlı olur.

5. Yanaqlarda xoş hisslər, burun, çənə və alın hissədə isə dəri yağlı olur.

Cavablarda hansı rəqəm üstünlük təşkil edirsə, dəri tipiniz odur.

1 – dəri qurudur;

2 – dəri normaldır;

3 – dəri həssasdır;

4 – dəri yağlıdır;

5 – dəri kombinə edilmişdir. Yəni alın, burun və çənə nahiyəsində yağlıdır, yanaqlarda normaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm