Tabloid.az
İstinin qənimi içkilər
Bizi qarşıda çox isti yay günləri gözləyir. Yayın istisindən qorunmaq üçün maye qəbulunu mütləq artırmaq lazımdır. Bu zaman susuzluğu aradan qaldıran içkilər içmək daha məsləhətlidir.
Bəs bu içkilər hansılardır?
Cavabını yazımızda tapacaqsınız.
Tərəvəz şirəsi
500 qram kərəviz
250 qr kəmşirin alma
100 ml tomat şirəsi
Şəkər, duz
Əvvəlcə kərəvizi təmizləyib, dilimləyin. Daha sonra şirəsini
çəkin. Alma və tomat şirəsini əlavə edib qarışdırın. Üzərinə
kərəviz suyunu da əlavə edin. Zövqə görə duz, şəkər tökün. Soyuq
içmək istəyənlər buz əlavə edə bilərlər.
Moxito
1 ədəd yaşıl limon
5-7 yarpaq nanə
20 ml - şərbət
Qazlı su
Buz
300 ml ölçülü soyudulmuş stəkana limonun yarısını və nanə
yarpaqlarını salın. Nanənin dadı çıxana kimi döyün. Şərbəti tökün
və stəkanı buzla doldurun. Qarışdırın və qazlı su əlavə edin. Limon
dilimi və nanə yarpaqları ilə stəkanı bəzəyin.
Mors
Bu içkini giləmeyvə və meyvə şirəsindən hazırlamaq olar.
1,5 litr su
1 stəkan giləmeyvə
0,5 stəkan şəkər
Giləmeyvələri yuyub taxta qaşıqla əzərək şirəsini çıxarın. Su əlavə
edin. Süzdükdən sonra şəkər əlavə edin. İstəsəniz buz da əlavə edə
bilərsiniz.
Süd kokteyli
1 stəkan süd
200 qr dondurma
2 xörək qaşığı istənilən şərbət
Dərin qaba dondurmanı və südü əlavə edərək mikserlə çalın, üzərinə
şərbət əlavə edin.
Stəkana tökərək şokolad hissəcikləri ilə qaymağın üzərini bəzəyin. Süd əvəzinə kofe, şərbət əvəzinə isə təzə giləmeyvə istifadə etmək olar.
Tabloid.az
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO