Sevinc Musayeva “Leto”nu çimərlik FOTOLARI ilə tamamladı -VİDEO
Bizi izləyin

Tabloid.az

Sevinc Musayeva “Leto”nu çimərlik FOTOLARI ilə tamamladı -VİDEO

Müğənni Sevinc Musayeva gizli saxladığı layihəsini nəhayət ki, tamamlayıb. İki aydır Ukraynanın məşhur musiqi şirkətlərindən biri ilə əməkdaşlığa başlayan müğənni Ukraynalı bəstəkardan “Leto” mahnısını oxuyub. Mahnı Ukraynada aranjeman olunub, studiya işl

Müğənni Sevinc Musayeva gizli saxladığı layihəsini nəhayət ki, tamamlayıb. İki aydır Ukraynanın məşhur musiqi şirkətlərindən biri ilə əməkdaşlığa başlayan müğənni Ukraynalı bəstəkardan “Leto” mahnısını oxuyub. Mahnı Ukraynada aranjeman olunub, studiya işləri də orda həyata keçirilib. Mahnının sözləri rus dilində olsa da, ora Bakı sözünü əlavə olunub. Müğənni Azərbaycan dinləyiciləri üçün mahnını öz dilimizdə də ifa edəcək.

Sevinc mahnını bu dəfə fərqli formada, dəniz kənarındakı yeni fotosessiyası ilə təqdim edib. Mahnı artıq Sevinc Musayevanın “Youtube” kanalı və KİV vasitəsilə dinləyicilərin ixtiyarına verilir.

Müğənninin Ukrayna musiqi aləmi ilə əlaqələndiricisinin bizim yerli məşhurlardan biri olduğu deyilsə də, onun kimliyi sirr saxlanılır. Mahnının Ukraynada da tanıdılması üçün işlər görüləcək. Müğənni bu mahnının sadəcə başlanğıc olduğunu söylədi. O, əgər çıxış uğurlu olarsa, Ukrayna ilə layihələrin davam etdiriləcəyini bildirib. Layihənin müəllifi və məbləği də açıqlanmır. S.Musayeva bu layihədə əsas məqsədinin yaradıcılığının daha yeni mərhələsinə qədəm qoyması ilə əlaqələndirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm