Tabloid.az
Gəncləşdirən qidalar - SİYAHI
İllərə meydan oxumaq, gənc və sağlam qalmaq üçün idmanın və sağlam qidalanmanın əvəzolunmaz olduğunu artıq hamımız bilirik.
İnsan yediklərindən ibarətdir. Ona görə də yediklərimizə diqqət etməli, antioksidant təsiri olan qidalara üstünlük verməliyik.
Elə qidalar var ki, onlar möcüzəli təsirə malikdirlər. Gənc qalmaq və cavanlaşmaq üçün bu qidalardan mütləq istifadə etmək lazımdır.
Popkorn
Popkornun tərkibində xərçəngin düşməni olaraq tanınan “polifenol” maddəsi var. Evdə hazırlanan yağsız popkorn əsl gənclik zərdabıdır.
Yumurta
Saç, göz və dəri sağlamlığı üçün çox faydalı olan yumurta cavan qalmaq istəyənlərin ən sevimli qidalarıdır.
Tam taxıllı makaron
Tam taxıllı makaronların tərkibində adi makaronlara nisbətən üç dəfə çox antioksidan var. Tərkibindəki liflər isə qanda xolestrolun səviyyəsini aşağı salaraq ürək və damar xəstəliklərinə qarşı qoruyur.
Təbii süd
Qablaşdırlmış şəkildə satılan südlər elə də faydalı deyil. Çünki onların tərkibində məhsulun uzun müddət xarab olmasının qarşısını alan qoruyucu maddələr olur. Bu isə sağlamlığa zərərlidir. Sağlam və gənc qalmaq istəyənlər təbii süddən istifadə etməlidirlər. Təbii südün tərkibində E vitamini və beta-karoten maddəsi var ki, bu da insanın gənc və enerjili qalmasına kömək olur. Süddən hazırlanan maskalar ilə üz gözəlliyinizi də qoruya bilərsiniz.
Lobya
Lobyanın bir çox xəstəliklərə qarşı qoruyucu funksiya daşıdığı sübut olunub. Xüsusilə, qırmızı lobya antioksidant baxımından olduqca zəngindir.
Bal
Həddindən artıq şəkər qəbul etməyin başda xərçəng olmaqla bir çox xəstəliyə səbəb olduğu məlumdur. Hətta həkimlər sağlam olmaq istəyənlərin həyatlarından 3 ağ qidanı, yəni duzu, unu və şəkər tozunu çıxarmağı tövsiyə edirlər.
Bəs bədənin şəkər ehtiyacını necə ödəməliyik?
Şəkər tozu yerinə bal istifadə etməklə daha sağlam bədənə qovuşa bilərsiniz. Balın antioksidant təsiri var və insanı gəncləşdirir.
Qatıq
Hər gün bir kasa qatıq yemək insanı ürək xəstəlikləri başda olmaqla bir çox təhlükəli xəstəlikdən qoruyur. Qatıq arıqlamaq istəyənlərin və daim gənc qalmaq arzusunda olanların qida rasionunda mütləq yer almalıdır.
Tabloid.az
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?