Tabloid.az
Cazibədar modelin 427 milyon dollarlıq sərvəti - Fotolar
Jizel Bündhen son 7 ildir ki, dünyanın ən çox gəlir əldə edən modelidir.
Son illər o, daha çox qazanmağa başlayıb. “Forbes”-in məlumatına
görə, Jizel ötən il 47 milyon dollar qazanıb. Bu da onun günə
təxminən 128 min dollar gəlir əldə etməsi deməkdir.
Son vaxtlar Bündhen eyni zamanda, bir çox işlə məşğul olub.
“H&M” brendi üçün mahnı oxuyub, “Chanel” üçün çəkilən reklam
filmində rol alıb, dünya çempionatının reklam kampaniyasında “Louis
Vuitton”un üzü olub.
“Forbes” jurnalı məşhur modelin 2001-ci ildən bu yana yarım milyard
dollara yaxın, yəni, 427 milyon dollar gəlir əldə etdiyini yazıb.
Model “Forbes” jurnalının "2014-cü ilin ən zənginləri" siyahısında
yer alıb. O, siyahıda ən güclü qadınlar arasında 89-cu, ən varlı
məşhurlar arasında isə 56-cı olub.
Bündhen “Forbes” jurnalında yer alan məlumatlara münasibətini
bildirib:
"Bu rəqəmləri yazanlar mənim bankdaki hesabımın detallarını
bilmirlər. Bəli, çox qazanıram. Amma onların dediyi qədər yox.
“Forbes”-in siyahısına görə, vergi müfəttişləri hər addımımı
izləyirlər. Siyahıda adımın olub-olmaması məni maraqlandırmır.
Ancaq insanlara yanlış məlumat ötürməsinlər”.
Tabloid.az
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq