Tabloid.az
İlk görüşdə kişiləri əsəbiləşdirən davranışlar
İlk görüşü məhv etmək istəmirsinizsə, kişilərin narahat
olduqları davranışlar siyahısına nəzər yetirin...
Susmayan qadınlar
Kişilərin qorxulu yuxularından biri dayanmadan özləri, maraq
dairələri, işləri, xəyalları haqqında danışan qadınlardır. Belə
dialoq quran qadınlar yalnız kobud və düşüncəsiz deyil, eyni
zamanda, onlara darıxdırıcı görünür. Kişilərə sizin son aldığınız
əl çantası maraqlı deyil.
Çox şəxsi suallar soruşmaq
İlk görüşdə kişilərə əlverişsiz suallar vermək etik cəhətdən
düzgün deyil. Bəzi qadınlar daha ilk görüşdə “Nə vaxt evlənməyi
düşünürsən?” ya da “İndiyə qədər neçə qadınla birlikdə olmusan?”
kimi suallar verirlər. Yaxud toy xəyallarından və neçə uşaq
istəməsindən danışmaq, kişini qadından soyudur. Bu, kişilər
tərəfindən böyük ədəbsizlik kimi qəbul olunur. Belə suallar kişini
utandıra bilər. Onu sorğuya çəkməyin və maraq dairəsinə dair ümumi
suallar verin.
Uğursuz sevgilər
Keçmişdə yaşanan müvəffəqiyyətsiz sevgiləriniz heç zaman doğru
mövzu deyil. Xüsusilə ilk görüş üçün uğurlu mövzu sayılmır. İlk
görüşü məhv etmək istəmirsinizsə, ən azı bir-birinizi yaxşı
tanıyana qədər bu barədə susun.
Bir-birinizə uyğun gəlirsinizmi?
Onun üçün çox yaxşı olduğunuzu ağlınızdan keçirsəniz belə, əsla
dilə gətirməyin. Gələcək həyat yoldaşına ondan daha üstün cəhətlər
və imkanlara sahib olduğunu söyləmək çox kobud bir davranışdır.
Telefondan asılı qalmaq
Gələn bir neçə vacib zəngə cavab vermək problem deyil. Amma telefondan asılı qalmaq ədəbsizlikdir. İlk görüşdə gözün telefonda qalması nəzakətli davranış deyil.
Ümidsiz görünmək
Ümidsiz və həyatdan bezən qadınlar kişiləri qorxudur. Kişilər
hər zaman həyat eşqi ilə dolu, enerjili qadınlar axtarırlar.
Sünilik
İlk görüşdən kişinin qəlbinə yol tapa bilmədinizsə, sonradan cəhd etməyin. Çünki uğursuz olacaq. İlk görüşdə kişilərin xoşuna gəlmək üçün təbii olmaq əsas şərtdir. Əgər özünüzü cazibədar hesab etmirsinizsə, kişini buna necə inandıra bilərsiniz ki?! Özünüzü maska arxasında saxladığınız zaman yalnız onu deyil, özünüzü də aldadırsınız. Onsuz da qarşınızdakı kişi doğru olanı görəcək və sizin səmimi olmamağınızdan və özünə inamın əskikliyindən narahatlıq duyaraq qaçacaq.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ