Sərdar Ortacı Bakıya hansı qadın müğənni dəvət etdi? - Fotolar
Bizi izləyin

Tabloid.az

Sərdar Ortacı Bakıya hansı qadın müğənni dəvət etdi? - Fotolar

Sərdar Ortaç yenidən Bakıya gəlir.

Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu Tabloid.az-a açıqlamasında bildirib ki, türkiyəli sənətçi Bakıda sentyabrın 27-də çıxış edəcək.

Yaşıl Teatrda olacaq konsertdə səhnəyə həmçinin müğənni Zarina Məmmədova da çıxacaq. Belə ki, səhnədə əsas Zarina çıxış edəcək. Daha sonra isə Sərdar səhnədə yer alacaq. Konsertin aparıcı Zaur Nəbioğlu olacaq.

Zarina Məmmədovanın yaradıcılığına gəlincə, ifaçının yenilikləri tək hazırlaşdığı konsertlə bitmir. Hazırda radio dalğalarında onun ifasında illər öncə dinlədiyimiz “Dəlilik” mahnısının “remix” variantı və “Hər ortamda” adlı türk mahnısı səslənir. Zarina həmçinin yeni mahnı üzərində çalışır. O, musiqisi Elçin Cəfərova, sözləri Azər Şirinə aid olan “Niyəsi yoxdur” adlı mahnı hazırlayır:

“Yeni ifam fərqli olacaq. Elçinlə Azər birgə mükəmməl bir mahnı ərsəyə gətirib. Çox inanıram ki, bu mahnı sözün əsl mənasında hit olacaq. Dinləyicilər yeni mahnımı Yaşıl Teatrda verəcəyim konsertdə eşidəcəklər”.

Əlavə edək ki, Z.Məmmədova hazırda İstanbulda dincəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm