Tabloid.az
Dəmir ehtiyacının önəmli səbəbləri
Dəmirin insan orqanizmi üçün əhəmiyyəti nədir?
Qanın ən əsas funksional komponentini əmələ gətirən dəmir, hüceyrələrə oksigen daşınması və beləcə hüceyrələrdəki oksidləşmənin davam etdirilməsi üçün lazımlıdır. Dəmir çatışmamazlığıı ilə əlaqəli olaraq, qanazlığı, yorğunluq və əmək qabiliyyətində azalma müşahidə olunur.
Qadınların kişilərdən daha çox dəmirə ehtiyacı var?
Kişilərin dəmir ehtiyacı gündə 10 mq, qadınlarınkı usə 15 mq-dır. Qadınlar hər ay aybaşı (menstruasiya) zamanı qan itirdiyindən, bundan əlavə hamiləlik və əmizdirmə zamanı uşağın dəmir ehtiyacını ana ödədiyindən, dəmirə ehtiyac artır. Qadınların dəmir toplayıb saxlama qabiliyyəti aşağı olduğundan, onlar dəmirə daha çox ehtiyac duyurlar.
Yetkinlər kimi uşaq sağlamlığında son dərəcə əhəmiyyətli olan dəmirin əskik olan zaman bədəndə infeksiyalar yarana bilər. Buna görə, uşaqların dəmir cəhətdən zəngin qidalar istehlak etməsi son dərəcə əhəmiyyətlidir.
Güclü əzələlər sahib olmaq üçün bədənin dəmirə ehtiyacı var. Dəmir əzələrinin güclənmsi və möhkəmlənməsinə kömək edir.
Qandakı oksigenin 20 faizini istifadə edən beynin yaxşı işləməsi üçün dəmirə ehtiyac çoxdur.
Dəmirin təəccübləndirici faydalarından biri də əhvalı qaldırmasıdır. Orqanizmdə dəmirin normal səviyyədə olması əhval-ruhiyyəyə də təsir edir.
Dəmir immun sisteminin düzgün işləməsi və güclənməsi baxımından ehtiyacımız olan maddədir.
Heyvani qida istehlak edin
Türkiyəli mütəxəssis və həkim Məryəm Necafi 0-14 yaş arası
uşaqların gündəlik dəmir ehtiyacının təxminən 7-15, əmizdirən
analarda isə gündəlik təxminən 27 milliqram olduğunu söyləyir.
Mütəxəssis heyvani qida qaynaqlarından alınan dəmirin, bitki
mənşəli mənbələrdən alınan dəmirdən daha zəngin olduğunu
vurğulayıb.
Dəmir əksikliyinə qarşı bunları yeyin: ət, yumurta və
portağal
Bütün bədən hüceyrələri üçün lazımlı mineral olan dəmir ən çox qırmızı ətin tərkibində var. Yumurta da əsl dəmir anbarıdır. Uşaqlara yumurtanın sevdirilməsi və hər səhər naharda bir qaynadılmış yumurta yedirilməsi faydalıdır. Portağal, qovun, çiyələk, tut, banan kimi təzə meyvələr də dəmirlə son dərəcə zəngindir. Uşaqlara hər səhər ac qarına bir şorba qaşığı bəkməz və hər gün bir stəkan təzə sıxılmış portağal suyu vermək lazımdır.
Limon, portağal suyu, bibər və kivi kimi qidalar C vitamini baxımından olduqca zəngindir.
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO