Tabloid.az
Məşhur siyasətçilərin sevimli kitabları
Fransız filosofu Rene Rekart deyir: "Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir". Bəs adını dünya tarixinə qızıl hərflərlə yazdırmış siyasətçilər kimlərlə söhbətləşirlər? Tabloid.az "buro247.az" saytına istinadən siyasətçilərin sevimli kitablarının siyahısını təqdim edir:
Barak Obama, ABŞ prezidenti
"Solomonun mahnısı", Toni Morrison
Ədəbiyyatsevər kimi tanıdığımız Prezident Obamanın kitab siyahısı
hətta prezident seçilməzdən əvvəl də ən aktual mövzulardan biri
idi. Obamanın sevimli romanı Toni Morrisonun "Solomonun
mahnısı"dır.
Hillari Klinton, ABŞ-ın sabiq dövlət katibi
"Balaca qadın", Luisa Mey Alkot
"Nəslimizdəki bütün qız uşaqları bu əsəri oxuyaraq böyüyüblər.
Özümü həqiqətən Conun ailəsində yaşamış kimi hiss edirdim". "Balaca
qadın" qadının evin gündəlik ehtiyaclarını necə tənzimlədiyini
göstərən bədii izahdır. Kitab bir əsr bundan qabaq yazılmasına
baxmayaraq hələ də gündəmlə uyğunlaşır. Qeyd edək ki, Amerikanın
sabiq dövlət katibinin müəllifi olduğu "Seçkilər" kitabı da ən çox
oxunanlar sırasındadır.
Ronald Reyqan, ABŞ-ın 40-cı prezidenti
"Mars şahzadəsi", Edqar Rays Berrouz
Ronald sərxoş atasının evindəki qeyri-müəyyənliklərdən və
qorxulardan canını qurtarmaq üçün kitablardan istifadə edirdi. O,
günlərini qonşu evə gedərək Edqar Rays Berrouzun kitablarını
oxumaqla keçirirdi.
Bill Klinton, ABŞ-ın 42-ci prezidenti
"Meditatsiya", Markus Aurelius
"Markus Aurelius haqqında deyiləcək şey onun kövrək olması və
həyatın tələb etdiyi balansı anlaması ola bilər. Bir imperator kimi
onun böyük gücü var idi və bu kitab onun etməyəcəyi şeylər
haqqındadır. Bu çox vacibdir".
Corc Buş, ABŞ-ın 43-cü prezidenti
"Yaxşı həyat və onun çətinlikləri: hüquqi yaşda amerikan
arzusu", Robert C. Samuelson
Corc Buşun kitab oxuması haqqında çoxlu şübhələr olsa da, o,
dəfələrlə kitaba olan sevgisini elan edib. Favoriti amerikan
psixologiyasını analiz edən "Yaxşı həyat və onun
çətinlikləri"dir.
Angela Markel, Almaniya kansleri
"Bibliya"
Merkel "Bibliya"nın həyatına böyük təsir göstərdiyini deyib. İncil
Xristianlığın Müqəddəs kitablar toplusudur. Bibliya Əhdi-Ətiq və
Əhdi-Cədid adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində,
bir sıra kitablardan ibarətdir.
Mariano Raxoy, İspaniyanın baş naziri
"Müqəddəs Mariya kilsəsi", İldefonso Falkones
Roman müəllifin şərhləri ilə verilmiş tarixi hadisələrdən
ibarətdir. "Müqəddəs Mariya kilsəsi" Arnaunun həyatından bəhs edir,
onun öz qabiliyyəti hesabına cəmiyyətin ən aşağı pilləsindən yüksək
vəzifəsinə necə qalxması izah olunur.
Mişel Baxman, ABŞ konqresmeni
"Vəzifə borcu", Stivn Vilkins
Siyasətçinin siyahısındakı ən mübahisəli kitab olmasına baxmayaraq,
bu onun ən sevimlisidir. Tənqidçilərin fikrinə görə, Li köləliyə
qarşı olan ən güclü arqumentdir. Mişel prezident seçkiləri zamanı
keçirdiyi kampaniyada "Vəzifə borcu"nun köləliklə bağlı ən güclü
kitab olduğunu bildirmişdi.
Adolf Hitler, Alman Nasional Sosialist Fəhlə
Partiyasının lideri
"Əhalinin və kütlənin psixologiyası", Qustav Lebon
Lebonun 1985-ci ildə yazdığı kütlənin psixologiyasını analiz edən
bu kitab individualların özünü necə idarə etməli olduğunu və tarixi
hadisələrin səbəbini izah edir.
Alfredo Perez Rubalcaba, İspaniya Sosialist İşçi
Partiyasının lideri
"100 ilin tənhalığı", Qabriel Qarsiya Markes
Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks
olunub. Bu nəslin tarixi - hər bir Buendia üzvünün taleyində bu və
ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə
üzvlərinin ayrı düşməsi, onların bir-birini anlaya bilməmələri
romanda, həqiqətən, mifik xarakter daşıyır.
Nikolya Sarkozi, Fransa Respublikasının 23-cü
prezidenti
"Qırmızı və qara", Stendal
Stendalın 1830-cu ildə yazdığı romanın əsas qəhrəmanı Julien
Soreldir.Bu gənc həyatda nailiyyət əldə etmək istəyir. İki rəng
qara-keşişlik və qırmızı-zabitlik onun həyatında mühüm əhəmiyyətə
malikdir.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq