Tabloid.az
Qadını ərindən boşadıb, onunla evləndi – Fotolar - Video
Kinosevərlərin sevimli məkanı olan “28 Cinema”da növbəti filmin nümayişinə başlanılıb.
Tabloid.az xəbər verir ki, bu dəfə tamaşaçılara Kanada istehsalı olan “Sənin arvadını sevirəm” filmi təqdim olunub.
Cerimaya S.Çeçikin rejissor yozumunda ekranlara gələn filmdə Rayan Kvanten, Sara Kanning, Rayan MakPartlin, Kristen Xager, Ceyms А.Vuds çəkiliblər. Sözügedən film melodrama, komediya janrındadır.
“Sənin arvadını sevirəm” Leo adlı gəncin həyatından bəhs edir. Leo dolanışıq üçün əyalət restoranında qabyuyan işləyir. Gənc arvadı ilə boşanmaq ərəfəsindədir. Həyat yoldaşı onu diqqətsizlikdə günahlandırır. Hətta “Nəyə görə sən axmaqsan” adlı bloq yaradaraq, orada ərinin bütün çatışmazlıqlarını daha da şişirdərək, yazır. Bu azmış kimi bloq yazısını bütün sosial şəbəkələrdə yayımlayır. Bununla da kifayətlənmir, yazını kitab halına çevirərək, Leonun çatışmazlıqlarını belə demək mümkünsə, ictimai məhkəməyə çıxarır.
Leo isə bütün bunlardan azacıq da olsa mütəəssir deyil. Çünki hesab edir ki, aralarındakı sevgi artıq bitib və onları heç bir bağ birləşdirmir.
Elə bu ərəfədə Leo arzularının qadını Kolletlə tanış olur. Özü də Kolletin toy günündə... O, Kolleti əldə etmək üçün hər şeyə hazırdır. Hətta onu ərindən boşandırmağa da! Leo indi çətin sınaq qarşısındadır. O, sevdiyi qadına və hətta az qala bütün dünyaya, keçmiş arvadının onun haqqında yaratdığı səhv fikrin əslində yanlış olduğunu sübut etməlidir.
-
Hadisə15 May 23:53
"Ağ çiçəyim" YANIR
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin115 May 23:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya15 May 21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin115 May 20:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya15 May 19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya15 May 18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal15 May 17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO