Tabloid.az
Azərbaycanlı müğənninin əri Bakı merini buzlu suda islanmağa çağırdı - Video
Bütün dünyada skleroza (ALS) diqqət çəkmək və bu xəstəlikdən əziyyət çəkənlərə maddi yardım etmək məqsədi ilə keçirilən kampaniyaya bizim məşhurlar da maraq göstərir.
Tabloid.az xəbər verir ki, xanəndə Gülay Qədirovanın həyat yoldaşı, idmançı Kamil Zeynalov da xeyriyyə kampaniyasına dəstək olub.
O, “İnstaqram” bloqunda paylaşdığı videosunda siyasətçiləri bu aksiyaya qoşulmağa çağırıb. İdmançı Bakı meri Hacıbala Abutalıbovu bu kampaniyaya qoşulmağa çağırıb:
“Corc Buş və digər siyasətçilər bu aksiyaya qoşula bilirlərsə, niyə Hacıbala Abutalıbov da iştirak etməsin? Axı həmişə abadlıq yaradır. İndi də özü bu kampaniyaya qoşulsun, bir az suda, buzda islansın. Estafet sizindir, Hacıbala müəllim, buyurun”.
Qeyd edək ki, ALS - Amyotrofik lateral skleroz xəstəliyidir. Sinir sistemi xəstəliyi ALS-nin ən əsas özəlliyi, əzələlərin zəifləyərək əriməsi və xəstənin ən sonda qüvvətdən düşməsi və yatağa bağlanması ilə nəticələnir. Bu xəstəlik bir müddətdən sonra danışma və udqunma problemi yaradır. Xəstəliyin sürətlənən vaxtlarında içərisində hava çatışmazlığı və ağciyər infeksiyası ölümə səbəb ola bilir. Xəstəliyə hər 100 min nəfərdən birində rast gəlinir.
Məlum flaşmoba gəlincə, başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökmürsə, ALS xəstələrinin vəqfinə 100 dollar verməlidir.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi