Tabloid.az
Qadının seksdən imtina etməsinin səbəbi nədir?
Qadınların cinsi istəyinin olmamasının bir çox səbəbi var. Tabloid.az Türkiyə mətbuatına istinadən ən çox təsadüf edilənləri təqdim edir:
Cinsiyyətlə bağlı böyük təzyiqin olması: Kiçik yaşlardan etibarən yetişkinliyə qədər cinsiyyətlə bağlı fikirlərin aşılanması, cinsəlliyin günah olmasına dair günahkar hisslərin yaradılması birinci səbəb kimi göstərilir.
Münasibət məsələsi: Bir qadın üçün ən mühüm məqamlardan biri kişi partnyorları ilə olan münasibətidir. Münasibətlərdə yaxınlıq, dostluq, güvən, sevgi, hörmət kimi hisslərin olması vacibdir. Əgər bu hisslərdə problem varsa qadın istəksiz olur.
Qadının cinsiyyət hissi problemləri: Həzz almada, uşaqlıq yolunda problemlər, ağrılı cinsi əlaqə qadınların seksdən uzaqlaşmasına səbəb ola bilir.
Kişi partnyorun cinsiyyət problemləri: Qadının kişi partnyorunda sərtləşmə, erkən həzz alma kimi problemlər də uzaqlaşma səbəblərindəndir.
Yorğunluq: Məişət, uşaqlara qayğı, işgüzar qadındırsa, qadının üzərində böyük bir yük yaradır. Qadın təbii olaraq bunların hamısının öhdəsindən gələ bilmir və yorğunluq yaşayır. Bu da cinsi istəksizliyə gətirib çıxaran səbəblərdəndir.
Cinsi yaşamadan iyrənmə, diksinmə: Bəzi qadınlarda müxtəlif səbəblərdən cinsi bərabərlikdən iyrənmə, diksinmə əlamətləri müşahidə olunur.
Fiziki xəstəliklər: Qanazlığı, zob kimi xəstəliklər, şəkər xəstəliyi, yüksək təzyiq kimi xəstəliklər də cinsi istəksizliyi artırır.
Dərmanlar: Yüksək təzyiq dərmanları, astma, şəkər xəstəliyində istifadə edilən dərmanlar da cinsəl istəksizliyə gətirib çıxarır.
Depressiya: Depressiya kimi mənfi emosiyalar qadınlarda daha çox görülür, bu da seksdən uzaqlaşma səbəblərinə daxil olur.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq