Tabloid.az
Tolik:“Natəvanın sevgilisi məndən üzr istəsin”
Dünən müğənni Natəvan Həbibinin prodüser Tolikə (Tarix Əliyev) qarşı məhkəmə prosesi yekunlaşıb.
Məhkəmə araşdırması nəticəsində məlum olub ki, Natəvan Həbibi milliyətcə azərbaycanlıdır, onun erməni milləti ilə heç bir əlaqəsi yoxdur.
Məhkəmə qətnaməsinə görə, Tolik Natəvanla bağlı yaydığı yalan məlumata və təhqiramiz ifadələrə görə üzr istəməlidir. Əks təqdirdə Tolik AR Cinayət Məcəlləsinin 306-cı maddəsiylə 3 il həbs oluna bilər.
Tabloid.az xəbər verir ki, prodüserin məsələyə münasibəti sərt olub. O öz “İnstagram” bloqunda ondan üzr gözləyənlərə müraciət edib:
“Bunlar lap özlərini böyük adam sayıblar, yalandan məlumat yazıb toy bayram edirlər, həbsxanada məni çox istəyirlər, vallah orada da mənə pis olmaz, siz öz halınıza yanin.
Mənim arxamda Azərbaycan dövləti və qanun var. Əgər haqsızamsa, qanun nə deyirsə onu da edərəm. Amma məndən qabaq ona o sözü deyənlər hələ təkzib versinlər.
Mən bəziləri kimi heç kimi təhqir etmirəm, heç kim də məndən üzrxahlıq gözləməsin!!! Sənin də sevgilin telefonda bizi az söyməyib, o da bizdən üzr istəsin!!! Mən calışmışam insanların ürəyində hər zaman yaxşı işlərimlə, əməllərimlə qalım, sen neynəmisən bu ölkə, bu xalq üçün. Söz vermişdim ki, daha sənin haqda heç nə yazmayacağam, amma bu son daha məndən heç nə gözləmə!!! Üzr istəyənin atasina lənət !!!
Heç biz Mülkü Məcəllənin 23 maddəsində üzür istəmək sözü yoxdur, yalnız təkzib var. Kiminsə sifarişi ilə iş görmürəm”.
Tabloid.az
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ