Tabloid.az
Astroloji proqnoz - 20 sentyabr
QOÇ - Daxili orqanlarınıza diqqəti artırın. Göy qübbəsi qarşınıza çıxan şanslardan faydalanmağı vacib sayır. Bu təqvimdə tanımadığınız ünvanlara getməyin. Uzaq səfərlər də məsləhət deyil.
BUĞA - Ciddi işlərin həllini təxirə salın. Xüsusən də pulla bağlı sövdələşmələrdən imtina etməyiniz məsləhətdir. Əks təqdirdə cəhdləriniz uğursuz olacaq. İstirahətinizə fikir verin.
ƏKİZLƏR - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Maraqlı hadisələr, işgüzar sövdələşmələr, eləcə də qənaətbəxş təkliflər ürəyinizcə olacaq. Bir şərtlə ki, xırdaçılığa yol verməyəsiniz.
XƏRÇƏNG - Öz gücünüzə inanın. Kənar rəylərə yalnız qulaq asın. Əməli işlərdə isə öz düşüncələrinizi əsas tutun. Bu gün maraqlı və vacib şəxslərlə görüşəcəyiniz də istisna olunmur.
ŞİR - Olduqca riskli gündür. Planlarınızı əvvəlcədən təyin edin. Müştərək fəaliyyətdə ədalət prinsiplərinə riayət edin. İnadkarlıq etməkdənsə qarşı tərəfin obyektiv rəyini nəzərə alın.
QIZ - Ulduzlar xəbər verir ki, indiki məqamda sizə diqqət və qayğı lazımdır. Bunu hamı bilməsə də, bilənlər az deyil və inşallah, saat 14-dən sonra tələbat duyduğunuz qayğıkeşliyi görəcəksiniz.
TƏRƏZİ - Bürcünüzün "hakimiyyətə" yaxınlaşdığı bu ərəfədə vəziyyətiniz qənaətbəxş olacaq. Yeni təkliflər almaqla, perspektivlərinizdə əməli dəyişikliklər edə bilərsiniz. Səfərə çıxmayın.
ƏQRƏB - Fəaliyyət göstərdiyiniz sahələrdə həmkarlarınızla mübahisələriniz mümkündür. Bunu nəzərə alıb çılğınlıq göstərməyin. Rahatlanmaq istəyirsinizsə, axşam mütləq qonaq gedin.
OXATAN - Atdığınız hər bir addıma məxfilik donu geyindirin. Çünki bu təqvimdə bütün cəhdləriniz müəmmalı tərzdə təqdir edilməlidir. Yüksək dairələrdən sizə kömək etmək istəyənlər var.
OĞLAQ - Astroloji göstəricilər bu təqvimdən xeyli razı qalacağınızı bəyan edir. Bir tərəfdən maddi durumunuzun yüksəlişi, digər tərəfdənsə maraqlı adamlarla görüşləriniz sizi sevindirəcək.
SUTÖKƏN - Mənəvi rahatlığa qovuşmaq üçün gözəl imkanlarınız var. Ətrafınızda cərəyan edən hər bir hadisə sizə xüsusi zövq verəcək. Günün ikinci yarısında sağlıq durumunuzu, xüsusilə ürəyinizi qoruyun.
BALIQLAR - İş prinsipində bəzi xoşagəlməzliklər labüddür. Rəhbərlərinizlə mübahisə aparmayın. Öhdənizə düşən vəzifələrin həllini sürətləndirin. Axşam evə hava qaralmamışdan əvvəl gedin.
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?