İki homoseksualın İstanbulda baş tutan toyu – Fotolar
Bizi izləyin

Tabloid.az

İki homoseksualın İstanbulda baş tutan toyu – Fotolar

"Tanışdıqdan qısa bir müddət sonra eyni evdə yaşamağa başladıq”

Bu yaxınlarda iki homoseksual Ekin Kesərlə, Əmrullah tüzün İstanbulda bir ilkə imza atıblar. 21 yaşlı universitet tələbəsi Ekinlə 28 yaşlı Emrullah toylarını İtanbulda ediblər. Türkiyədə homoseksualların nikaha girməsi qanuni olmadığı üçün onlar sadəcə toy mərasiminin İstanbulda baş tutmasına nail olublar.

Ekin ərəb əsillidir, Əmrullah isə kürddür. İki sevgili tanış olduqları günü hələ də həyəcanla xatırladıqlarını bildiriblər:

“Qarşılaşmağımız təsadüf idi. İki il öncə təsadüfən ikimiz də Taksimdə bir mərasimə getmişdik. Münasibətlərimiz orada başladı. Tanışdıqdan qısa müddət sonra eyni evdə yaşamağa başladıq”.

Yeni evli cütlük cəmiyyətin onları normal qarşılamamasından narahatdır:

“Çox sərt reaksiya alırıq. Hətta ölüm təhdidləri də gəlib. Ancaq biz heç nədən qorxmadıq, həmişə əl-ələ tuturuq. Ailələrimiz isə bizim münasibətimizi normal qarşıladılar. Toyda da iştirak etdilər”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm