Tabloid.az
Ulduzların bunları yediklərinə inanmaq çətindir – Fotolar
Holivud ulduzlarının pəhriz sirləri bütün qadınlar üçün maraqlıdır. Çünki ideal çəkidə qalmaq və cazibədar görünmək hər xanımın arzusudur. Ancaq bu yazını oxusanız, görəcəksiniz ki, cazibədar ulduzlar heç də sizin fikirləşdiyiniz kimi qidalanmırlar. Yəni qida rasionlarında ancaq meyvə və tərəvəz yer almır. Tabloid.az kiçik bir araşdırma apararaq dünya ulduzlarının menyularında yer alan ən qəribə qidaları müəyyənləşdirib.
Ancelina Coli: Cırcır böcəyi
Bəli hər zaman zərifliyi və cazibədarlığı ilə hamını özünə heyran qoyan aktrisa sən demə böcək xəstəsi imiş. Aktrisa jurnallardan birinə verdiyi müsahibəsində oğlu Maddoks ilə birgə tez-tez böcək yediklərini etiraf edib:
"Maddoks ilə birlikdə Kambocada ikən ayaqqabılarımızı çıxarıb, qayalıqlara çıxıb cırcırama yeyirdik ".
Ancelina Coli böcəklərin vitamin deposu olduğunu bildirib.
Riz Uizerspun: uşaq qidası
Üç uşaq anası olan aktrisa bəzən həftələrlə uşaq qidası yediyini deyib. Aktrisa uşaqlar üçün istehsal olunan pürə şəklindəki qidaların insanı tez bir zamanda arıqlatdığını iddia edib. O, özü də bu üsula tez-tez müraciət etdiyini bildirib.
Həkimlər bu tip qidalanmanın insan sağlamlığı üçün zərərli olduğunu bildirirlər.
Hilari Daf: partlamış düyü
Müğənni və aktrisa Hilari Daf oğlu Lukaya hamilə olarkən bol-bol partlamış düyü yediyini bildirib. Buna görə də hamiləlikdə inanılmaz dərəcədə kökələn Hilari çox çətinliklə arıqlaya bilmişdi.
Miranda Kerr: toyuq qızartması
Miranda Kerrin ideal bədəni bizdə modelin düzgün qidalandığı ilə bağlı təəssürat yarada bilər. Ancaq Mirandanın görüntüsü bizi yanıldır. Sən demə, seksual modelin ən sevdiyi yemək toyuq qızartmasıdır. Miranda bunu “ABC” kanalına verdiyi müsahibəsində etiraf edib. Tez-tez "fast-food" kafelərə getdiyini bildirən Miranda bəzən özü də evdə toyuq qızartdığını deyib.
Cenyuari Cons: Cift
Aktrisa oğlu Xanderı dünyaya gətirdikdən sonra onun ciftini yeyib. “People” jurnalına məsələ ilə bağlı açıqlama verən Cons bunun sağlamlıq üçün faydalı olduğunu bildirib:
“Cift bədənin hamiləlikdə itirdiyi suyu və digər yararlı maddələri geri qaytarır. Vitamin deposudur”.
Bu addımı atan ilk ana Cenyari Cons deyil. Kim Kardaşyan da qızı Norfun ciftini yeyib.
Nikol Kidman: Qaynadılmış yumurta
4 uşaq övladlığa götürən Nikol Kidman 6 aydan bir qəribə pəhriz saxlayır. O gün ərzində sadəcə suda bişmiş yumurta yeyir. Bir ədəd səhər yeməyində, iki ədəd günorta yeməyi zamanı, iki ədəd də axşam yeməyi kimi qaynadılmış yumurta yeyən Nikol bəzən yediyi yumurta sayının 6-7-yə kimi yüksəldiyini bildirib.
Nikol Kidman bu pəhrizin əzələləri gücləndirdiyinə inanır.
Tabloid.az
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi