Tabloid.az
Mövsümün trend naxışı paltarlarda özünü göstərəcək - Fotolar
Bəzi naxışlar var ki, onlar mövsümdən asılı olmayaraq, heç zaman dəbdən düşmürlər. Qaz ayağı naxış da bunlardan biridir. Qaz ayağı deyilən "piyedepul" əslində, klassik naxışdır. Lakin qaz ayağı naxışı payız qış aylarında daha çox dəbə minir. Ona qış naxışı da deyə bilərik. Mənə hər zaman qışı xatırladan və əksəriyyət vaxtı ağ-qara rənglərində istifadə edilən "piyedepul" naxışını qarşıdakı payız-qış mövsümündə bol-bol geyinəcəyik. Hər növ aksessuar və geyimdə istifadə edilən bu naxış xüsusilə paltarlarda diqqət çəkir.
"Piyedepul" ən çox 80-ci illərdə dəbə minmişdi. Bir müddət dəbdən kənar düşsə də, sonradan daha zərif və yaradıcı kolleksiyalarda yenidən özünü göstərir. Xüsusilə "piyedepul"un iri istifadəsi çox parlaq mənzərə yaradır. Qara ağ olduğu üçün da harmoniya yaradır. Qara və ağın nəcib harmoniyasını geyimlərə daşıyan bu gözəl naxış mövsümün retro havasına mükəmməl uyğunluq təşkil edir.
Daha çox qara və ağın qarışığından ibarət naxış son dərəcə cəlbedici olduğundan çox və ya yanlış istifadə edilməsi zövqsüz görünməyə səbəb ola bilər. Gözləri yoran naxış növü olduğu üçün onu diqqətlə geyinmək lazımdır.
Qaz ayağı naxışını geyinərkən diqqət etməyiniz lazım olan tək məsələ naxışı əsasən, qara və ağ parçalarla uyğunlaşdırmaq olacaq. Bu, asan, amma universal formul sayəsində qaz ayağı naxışını üstünüzdə asanlıqla daşıya biləcəksiniz. İstifadə etdiyiniz qaz ayağı naxışı qara və ağ rəngdən deyil, başqa rənglərdən də ibarət ola bilər. Bu vəziyyətdə yenə də naxışda olan bir rəngi istifadə etmək lazımdır.
Qaz ayağı naxışında daha cəsarətli hərəkət etmək istəyirsinizsə, mövsümün dəbdə olan rənglərindən qırmızı, mavi və yaşıl tonlarını da uyğunlaşdıra bilərsiniz.
Qaz ayağı naxışı geyimlərin xaricində aksessuarlarda da özünü göstərir. Bu naxışı sadə paltarlarınızı hərəkətli göstərmək üçün istifadə edə bilərsiniz.
Qaz ayağı naxışlı ayaqqabı, çanta, şal, kəmər kimi aksessuarları bir-birinə uyğunlaşdıraraq obrazınızı daha şıq hala gətirə bilərsiniz.
Qaz ayağı istifadə edildiyi yerə görə də, fərqli obrazlar yaradan bir naxışdır. Bu naxış qəşəng bir qələm ətəklə əsl ofis geyimi, çantalarda və ayaqqabılarda trend, palto və mantolarda da çox eleqant görünür.
Tabloid.az bu naxışa aid ən yaxşı nümunələri təqdim edir:
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO