Tabloid.az
Gözəl və uzun ayaqlara sahib olmağın 5 yolu
Gözəl ayaqlara sahib olduqda bol köynəklərin altından geyindiyimiz lasinlər də çox gözəl dayanır. Elə deyilmi?
Ayaqları formaya salan bu əsas 5 məşqi etdikdən sonra qısa yubka geyinməyə heç bir əngəl qalmayacaq. Hətta dar cinsləriniz sizə bunun üçün təşəkkür edəcək. Tabloid.az ayaqları incəldən və gözəl göstərən 5 məşqi təqdim edir:
Geniş çömbəlmə
Ayaqlarınızı çiyin səviyyəsindən bir az daha geniş açın. Ayaqlarınız saat 10 və 2 göstərsin.
İkiyə qədər sayaraq çömbəlin. 1 saniyə çömbəlmə vəziyyətində qalın. Sonra yenə ikiyə qədər sayaraq qalxın.
Balerina duruşu
Ayaqlarınızı birləşdirin və topuqların yapışıq qalmaq şərti ilə ayaqlarınızı yüngülcə aralayın. Tarazlıqda dayanmaqda çətinlik çəksəniz, bir divara söykənərək barmaq uclarında qalxın. İkiyə qədər sayaraq yarım çömbəlmə mövqeyi alın və sonra yenə ikiyə qədər sayaraq ayaqlarınız birləşmiş şəkildə qalxın.
Topla çömbəlmə
Ayaqlarınızı çiyin enliyində aralayın. Ayaq aranıza orta böyüklükdə bir rezin top və ya yuvarlanmış dəsmal yerləşdirin. Topu ayaqlarınızla sıxıb ikiyə qədər sayaraq çökün. Bu vəziyyətdə 1 saniyə qalın və yenə ikiyə qədər sayaraq qalxın.
Ağırlıq daşı ilə çömbəlmə
Ayaqlarınızı çiyin səviyyəsindən bir az daha geniş şəkildə aralayın. Ayaqlarınızı saat 2 və 10 istiqamətində aralayın. Balaca çəki daşlarını iki əlinizlə qarın səviyyəsində şaquli olaraq tutun. Qollarınızı qatlamadan çəki daşlarını çiyin səviyyəsinə qədər qaldırın. Sonra ikiyə qədər sayaraq çömbələ bildiyiniz qədər aşağı çökün. 1 saniyə bu mövqedə qalın və qalxarkən çəki daşlarını yavaşca endirin.
Daxili budlara təzyiq
Yerə uzanın və dizlərinizi qatlayın. Ayaqlarınız yerə tam basın. Orta boy bir plastik topu və ya rulon halına gətirilmiş dəsmalı ayaqlarınızın arasına yerləşdirin. 30 saniyə ərzində sıxın və 10 saniyə ərzində boşaldın. Bu hərəkəti arxa arxaya 4 dəfə edin.
Gördüyünüz kimi əziz xanımlar, incə ayaqlara sahib olmaq düşündüyünüz qədər çətin deyil.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?