Tabloid.az
Avropa Film Festivalında fransız filmi göstəriləcək
Bakıda oktyabrın 30-dan start götürən Avropa Film Festivalı öz işini davam etdirir.
Tabloid.az Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində bu gün saat 18:00-da “Park cinema"da rejissor Jüstin Trienin ilk uzunmetrajlı “Çaxnaşma dövrü” (“Solferino mübarizəsi”) filmi nümayiş olunacaq.
Fransız İnstitutunun təqdim etdiyi bu film “Césars 2014” mükafatına layiq görülüb, həmçinin 2013-cü ildə Kann Festivalında nümayiş etdirilib və fərqlənib. Fransada və bir çox xarici ölkələrdə festivallarda göstərilən “Çaxnaşma dövrü” Bakıda ilk dəfə ekrana çıxacaq.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, üzv dövlətlərin səfirlikləri ilə birgə keçiriləcək beşinci Avropa Film Festivalında 17 film nümayiş olunacaq. Bunların 16-sı Aİ üzvü olan dövlətlərin, biri isə Azərbaycan istehsalı olan filmdir. Filmlər müxtəlif mövzuları və janrları əhatə edir.
Festivalın son günü, noyabrın 9-da Azərbaycan istehsalı olan və “Oskar” mükafatına təqdim edilən “Nabat” filmi nümayiş olunacaq.
Bundan əlavə, tamaşaçılar Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallığın filmlərini izləyəcəklər.
Hər bir film həftəarası iki sessiya (16.00 və 18.00), həftə sonunda isə bir sessiya ilə nümayiş etdirilir. Giriş pulsuzdur. Festivalın məkanı Neftçilər prospekti ünvanında “Park Bulvar”da yerləşən “Park Cinemadır”.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi