Tabloid.az
Nebahat Çehre: “Özümü gənc bir oğlanın yanında…”
“Yaşlanmayan qadın” ləqəbli aktrisa Nebahat Çehrə bundan sonra diqqətçəkən və güclü rollara çəkilmək istədiyini açıqlayıb. Bu günə kimi 100-dən çox filmə çəkildiyini deyən aktrisa bundan sonra işləyəcəyi adamları diqqətlə seçəcəyini və sakitliyin hökm sürdüyü çəkiliş meydançaları arzuladığını deyib.
Nəbahat Çehrənin gənc aktrisa Tuba Böyüküstünlə bağlı dedikləri isə olduqca diqqət çəkib.
Çehrə bir vaxtlar anasını canlandırdığı gözəl aktrisanın aktrisalıq qabiliyyətinin olmadığını bildirib:
"Tuba çox gözəl bir qızdır. Amma məndən onun necə aktrisa olduğunu soruşmayın. Tuba gözəl bir qızdır, bu qədər”.
Təcrübəli aktrisa birlikdə rol aldığı bir çox aktrisa və aktyoru dəyərləndirib. O, Məryəm Üzərli ilə Beren Saatı çox bəyəndiyini deyib:
“Kıvanç Tatlıtuğ çox yaxşı uşaqdır, həm də bacarıqlı aktyordur. Beren Saat özünü yetişdirib, zərif bir aktrisadır. Məryəm Üzərli çox təbii və şirin bir qızdır, həm də çox yaxşı aktrisadır.
Özcan Dənizi də çox bəyənirəm, həm aktyor, həm də rejissor kimi. Sıfırdan başlayıb zəhməti sayəsində yüksələn insanları təqdir edirəm, Özcan da onlardan biridir.
Naz Elması çox sevirəm və ona çox əsəbiləşirəm. Naz daha yaxşı yerlərə yüksələ biləcək bir qızdır, türk kinosunun ehtiyacı olan çox fərqli üz quruluşuna sahibdir”.
Nəbahat Çehrə jurnalistlərin “Özünüzdən yaşca kiçik bir adamla eşq yaşayarsınızmı?” sualına isə belə cavab verib:
“Özümdən kiçik biri ilə olmaram. Özümü gənc bir oğlanın yanında çox gülməli hiss edirəm. Mənimlə eyni yaşlarda olan biri ilə münasibət qursam, daha yaxşı olar. Təcrübəni və sosial həyatı bölüşmək əsas şərtdir”.
Tabloid.az
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi