Tabloid.az
Çox yeyib, incə qalan modellərin sirri
Modelləri həmişə incə, arıq görürük və elə bilirik ki, onlar ümumiyyətlə, yemək yemirlər. Ancaq bəlkə də onlar bizdən daha çox yeyirlər. Bəs necə olur ki, kökəlmirlər? Çünki onlar yeyərək arıq qalmağın sirlərini bilirlər.
Tabloid.az sizin üçün modellərin arıq qalmasının 5 sirrini açıqlayır:
Səhər yeməyi yeyin
Modellər səhər yeməyi yemədən evdən çıxmırlar. Çünki səhər yeməyi həm enerjini yüksəldir, həm də həzm sistemini sürətləndirir.
Suyu dadlandırın
Sağlam həyat tərzi yaşayıb arıq qalmaq istəyirsinizsə, bol-bol su içməlisiniz.
Ancaq modellər adi suyu meyvələrlə dadlandırırlar. Məsələn, Edi Kempbel kakoslu su içir, bəzi modellər isə qarpızlı su içməyə üstünlük verirlər.
Siz də su içməkdə çətinlik çəkirsinizsə, onu müxtəlif meyvələrlə dadlandırın.
Yağ əridən qidalar yeyin
Avokado, qəhvə və qızıl balıq təbii yağ əridici vasitələrdir.
Podium ulduzlarının menyularında bu qidalar yer alır. Siz də qida rasionunuza yağ əritmək xüsusiyyəti olan meyvələri, ədviyyatları və digər qidaları əlavə edin.
Həmişə hazırlıqlı olun
Getdiyiniz dəvətlədə sizin yeyə bilməyəcəyiniz qədər yağlı və kalorili yeməklər verilə bilər. Ona görə də həmişə yanınızda salatınız və ya “Granola bar”ınız olsun. “Gronola bar” taxıl, quru meyvələr və süddən hazırlanan, hazır şəkildə satılan qida növüdür.
Zülal
Ət yeyin, ancaq yanında çörək yeməməyə çalışın. Təbii ki, həftədə bir-iki dəfə yeməyin yanında çörək yeyə bilərsiniz. Ancaq həftənin digər günləri çörək yeməməyə çalışın. Məşhur model Anastasya İvanova podiuma çıxmağına üç gün qalmış “cheeseburger” yeməkdən imtina etdiyini deyir.
Gördüyünüz kimi modellər də digər insanlar kimi zərərli yeməklər, hətta “fast-food” yeyirlər. Ancaq onlar digər günlər daha sağlam qidalar yeyərək bədəndəki yağ miqdarını tarazlayırlar. Siz də ac qalmayın, yeyərək arıqlamağın üsullarını araşdırın.
Tabloid.az
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"