Tabloid.az
Evinizin divarlarını bəzəmək üçün bir neçə təklifimiz var - Fotolar
Fərdiləşdirilmiş, qəşəng və sadə görünüş üçün evin divarlarının necə bəzədilməsi çox əhəmiyyətlidir. Lazımi dekora edilməmiş divarlar evi qəribə, yarım və boş göstərə bilər. Tabloid.az divarları şənləndirən bir neçə dekor təkliflərini təqdim edir:
Ailə
Ailənizlə birlikdə həftə sonunu evin divarlarını bəzəmək üçün ayırın. Bunu birlikdə əylənmək üçün fürsətə çevirin. Hədəf seçdiyiniz dekoru ağlınızdan çıxartmayın, bütün rəngləri, divar kağızlarını və digər aksessuarları hazırlayın.
Balanslı bəzək
Divarların ölçüsü böyük ola bilər, amma bu hər yerlərinə rəsmlər, çərçivələr, fotolar asmaq lazım olduğu mənasını verməz. Divar bəzəyərkən əsas məqam tarazlığın qorunmasına riayət etməkdir.
İpucu
Divarın rəngi, bəzək üçün istifadə etdiyimiz obyektlərin rəngləri arasında da tarazlığı nəzərə almaq lazımdır. Şəkillər, rəflər və karnizlər buna görə seçilməlidir.
Nə etməli?
Divar bəzəmək üçün bir çox variantımız var. Ən sadələrini belə sıralaya bilərik.
1-ci müxtəlif ölçü və mövzuda şəkillər.
2-ci ailə fotoları, şəhər fotoları, təbiət fotoşəkilləri. Ürəyiniz və könlünüz nə istəyirsə...
3-cü kitab, film, dekorativ obyekt, albom və çərçivələri və ya rəflər düzəldə bilərsiniz.
Divar bəzəyərək əylənmək istəyənlər üçün də bir neçə təklifimiz də var:
1-ci divarı yeni bir rəngə boyayın. Monotonluğu aradan qaldırmaq üçün başqa rənglərlə hərəkətə gətirə bilərsiniz.
2-ci divar kağızlarınızı dəyişin. Minlərlə variantdan biri ilə evinizi yenidən formalaşdırın.
Bir divar, bir sərgi sahəsi
Əgər evdə rəsm çəkən və ya fotoşəkil çəkən bir sənətkar varsa, divarlardan onun işlərini nümayiş etdirmək əla fikirdir. Ya da əl işlərinizi nümayiş etdirə bilərsiniz. Beləliklə, əldə edəcəyiniz fərdiləşdirilmiş, kiçik sənət qalereyası sizi də, qonaqlarınızı da şənləndirəcək.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi