Tabloid.az
Küçə stilinizi klyoş ətəklərlə rəngləndirin! - Fotolar
Qadınlara zəriflik bəxş edən klyoş ətəklər bu mövsümə damğa vuracaq.
Tabloid.az klyoş ətəkləri ən yaxşı şəkildə kombinə etməyin üsullarını təqdim edir:
Bəzən çox bəyəndiyimiz geyimlərin üzərimizdə yaxşı qalmayacağını, gülməli görünəcəyini düşünürük. Amma unutmamalıyıq ki, moda cəsarət tələb edir.
Odur ki, bu mövsümün ən hit geyimlərindən olan klyoş ətəkləri sınaqdan keçirməkdən çəkinməyin. Şahzadələrə layiq stil yaratmaq istəyirsinizsə, siz də mağazaların vitrinlərini bəzəyən klyoş ətəklərə göz gəzdirin. Uzun, orta və ya qısa klyoş ətək modellərindən özünüzə ən çox yaraşanı tapıb alın.
Əgər doğru kombini edə bilsəniz, klyoş ətəklə möhtəşəm görünəcəksiniz.
Qeyri-adi kombinlər
Naxışlı və parıltılı parçadan tikilmiş klyoş ətəyinizi cizgili və ya çiçək naxışlı kofta ilə kombinləyə bilərsiniz.
Bu kombinlə həm rahat, həm də şıq bir stiliniz olacaq. Gündüz və axşamüstü baş tutan dəvətlərə bu kombinlə gedə bilərsiniz.
Çiçək naxışları
Diqqət çəkməyi xoşlayırsınızsa, o zaman naxışlı klyoş ətəklərə üstünlük verin. Xüsusilə də yaz və yay aylarında olduqca populyar olan və payız, qış mövsümündə də aktuallığını qoruyan çiçək naxışları dəbli görünmək üçün ideal seçim olacaq.
Ancaq unutmayın ki, iri çiçək naxışlarına üstünlük verməlisniz. Əks halda dəbli görünmək əvəzinə, zövqsüz bir qadın təəssüratı yarada bilərsiniz.
Retro kombin
Klyoş ətəklər onsuz da insanda keçmişə qayıdış hissini oyandırır. Odur ki, bu ətəkləri son dövrlərdə yenidən dəbə minən retro geyimlərlə kombinləmək çox uğurlu alınır.
Naxışlı ətək, sviter, pişik gözü eynəklər və kiçik klatçlar retro stilinizi vurğulayacaq detallar arasındadır.
Rəngli kombin
Parlaq rənglər ruh halınızı geyimlərinizə əks etdirir. Əgər rəngli klyoş ətək almısınızsa, onu ağ və ya açıq çalarlardakı digər rənglərlə kombinə edə bilərsiniz. Qara və boz kimi solğun rənglərlə də dəbli görünə bilərsiniz.
İsti saxlayan kombinlər
Klyoş ətəyinizi yun sviterlərlə birlikdə geyinə bilərsiniz. Bu zaman ayaqqabı və palto seçiminizə çox diqqət etməlisiniz.
Soyuq və yağışlı havalarda zərif bir stil yaratmaq istəyirsinizsə, hündürdaban çəkmələrinizi və yumşaq yun sviterlərinizi dəbli klyoş ətəklə kombinə edin.
İdman stilində kombin
Qısa klyoş yubkanızı idman stilinə uyğun üst geyimlərlə və aksesuarlarla kombinləyin. Stilinizi idman ayaqqabıları və idman stilinə uyğun pencəklərlə tamamlamalısınız.
Tabloid.az
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO