Tabloid.az
Mənsum İbrahimov tələbəsi ilə Ankara səhnəsində - Fotolar, Video
Xalq artisti, Şöhrət ordenli Mənsum İbrahimov və tələbəsi Vüsalə Rəcəbova Türkiyənin Orta Doğu Texnika Universitetində “Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış ediblər. Universitetdə təhsil alan tələbələr (ODTU Azərbaycan Tələbə Birliyi) tərəfindən təşkil edilən konsertdə Ankaranın müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr iştirak ediblər. Vüsalə xanımın məlumatına görə, onların çıxışları hərarətlə qarşılanıb.
“Mənsum müəllim konsertdə birgə çıxış etmək üçün tələbələrindən məni məsləhət gördü. Çıxışlarımız ayrı-ayrılıqda və duet şəklində oldu. “Sarı gəlin” və “Heydər Babaya salam” ı birlikdə səsləndirdik. Zal hər çıxışımızı alqışlarla qarşıladı. Üç dəfə səhnəyə çıxdım. Hər dəfə xalq, bəstəkar mahnıları və muğam parçaları səsləndirdim. Mənsum müəllim və dəyərli musiqiçilərlə bir səhnəni bölüşmək mənim üçün fəxrdir. Bu cür çıxışlarımız davamlı olacaq” – deyən Vüsalə xanım növbəti yaradıcılıq səfərinin Yeni ilə nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, hər iki ifaçını tarda əməkdar artistlər Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayiət ediblər. Nağarada isə Siyavuş Kərimov ifa edib. Tədbirin sonunda musiqiçilərə fəxri diplomlar təqdim edilib.
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!