Uzun sviter kombinləri ilə qışa damğa vurun! - Fotolar
Bizi izləyin

Tabloid.az

Uzun sviter kombinləri ilə qışa damğa vurun! - Fotolar

Son illərdə uzun sviterlər qadınların vaz keçilməz geyimlərindən birinə çevrilib

Son illərdə uzun sviterlər qadınların vaz keçilməz geyimlərindən birinə çevrilib. Donu xatırladan uzun sviterlər həm rahatlıq, həm də şıqlıq bəxş etdiyi üçün bütün qadınlar tərəfindən sevilir. Bu geyimləri bir neçə kiçik detalla olduqca şıq kombinə etmək mümkündür.

Bəs uzun sviterləri müxtəlif formalarda necə kombinə etmək olar?

Bu paltar seçimi ən çox rahatlığa üstünlük verib, eyni zamanda da gözəl görünməyi arzulayan qadınlar üçün idealdır. Qış aylarında möhtəşəm uzun sviterlərinizi geyinməyin bir çox yolu var.

Həm isti saxlayan, həm də sizin dəblə ayaqlşadığınızı sübut edən bu geyimi müxtəlif şəkillərdə kombinə etmək mümkündür. Beləliklə, 1 ədəd uzun sviterlə düz 1 həftə fərqli və şıq stil nümayiş etdirə bilərsiniz.

Dəri lasini

Lasinlərin cins şalvarlardan daha rahat olduğunu yəqin ki, hamınız hiss etmisiniz. Keyfiyyətli dəridən hazırlanmış lasini ilə uzun sviterlərinizi kombinə edə bilərsiniz.

Kəmər

Uzun sviterinizi zərif bir kəmər ilə kombinə edərək möhtəşəm görünə bilərsiniz. Beləliklə, belinizin incəliyini də ortaya çıxarmış olacaqsınız. Bununla özünüzü daha cazibədar hiss edəcəksiniz. Kəmərinizi tam belinizin üstündən bağladığınıza əmin olun. Əks halda bədən quruluşunuz yaxşı görünməz.

Rəng

Çoxumuz qış aylarında qara və boz rənglərə üstünlük veririk. Ancaq moda bizə qış aylarında da rəngləri sevməyimizi öyrədir. Parlaq rənglərdə olan uzun sviterlərlə cazibədarlığınızı vurğulaya bilərsiniz.

Qırmızı və ya yaşıl rəngli paltarla mövsümün ən şıq xanımı olmaq öz əlinizdədir.

Şal və ya şərf

Şalla stilinizi rəngləndirə bilərsiniz. Bu zaman şalın modeli çox əhəmiyyətlidir. Hər əlinizə gələn şaldan istifadə etmək olmaz. Geyindiyiniz paltarla şalınızın uyğunlaşmasına diqqət edin. Şal istifadə etməyin ən yaxşı tərəfi dəbli görünməklə yanaşı, özünüzü soyuqdan da qorumağınızdır.

Qeyri-adi modellər

Mağazalarda uzun sviterlərin müxtəlif modellərini tapmaq mümkündür. Uzun qollu, qısa qollu, üçbucaq yaxalı, qalın toxunma sviterlərlə çox fərqli görünəcəksiniz.

Qısa qollu paltarınızın altına uzun qollu köynək geyinməkdən qorxmayın. Öz tərzinizi hər paltarda əks etdirmək çox yaxşı xüsusiyyətdir.

Üst geyim

Gözəl bir gödəkçə sizi həm isti saxlayacaq, həm də uzun sviterinizlə sizi daha şıq göstərmək üçün əməkdaşlıq edəcək.

Ancaq gödəkçənin modelinin paltarınıza yaraşmasına diqqət edin.

Uzun çəkmələr

Uzun sviterləri hər cür ayaqqabı ilə kombinə etmək mümkündür. Ancaq bu geyimə ən çox yaraşan uzun çəkmələrdir.

Xüsusilə çox soyuq havalarda uzun sviterlərlə, uzun çəkmə kombinini sınaqdan keçirin. Əgər boyunuz qısadırsa, uzun çəkmələrinizin hündürdaban olması daha uyğun olacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm