Tabloid.az
Astroloji proqnoz - 14 dekabr
QOÇ - Müəyyən məziyyətlərinə görə, gərgin təqvim hesab etmək olar. Belə ki, işlə bağlı müəyyən çətinliklərlə üzləşəcəksiniz. Rəhbərliklə, həmkarlarınızla hər hansı mübahisələrə son qoyun..
BUĞA - Təzadlı bir gün yaşayacaqsınız. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Bu səbəbdən bütün situasiyaları nəzarətdə saxlayın ki, daha çox mənfəətiniz olsun
ƏKİZLƏR - İşgüzar sövdələşmələr istiqamətində böyük perspektivlər əldə edə bilərsiniz. Bu baxımdan Göy qübbəsi sizə yardımçı olacaq. Amma əmin olmadığınız məsələ barədə vəd verməyin.
XƏRÇƏNG - Yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür. Odur ki, özünüzə qarşı rəğbət oyatmağa çalışın. Fəaliyyət və sövdələşmələr üçünsə o qədər də uğurlu vaxt deyil.
ŞİR - Neçə gündən bəri mövcud olan böhranlı vəziyyətiniz saat 13-dən etibarən qaydasına düşəcək. Sadəcə, prosesləri real qiymətləndirməyi bacarmalısınız. Nahardan sonra varlana bilərsiniz.
QIZ - Əsas diqqətinizi sağlamlığınızla bağlı problemlərin həllinə yönəldin. Əks təqdirdə fəaliyyətinizdə passivlik müşahidə olunacaq. Nəzərə alın ki, mənfi yüklü Ay da sizin bürcdədir.
TƏRƏZİ - Yeni təklifləri razılıqla qarşılamağınız şəxsi işlərinizdə nəzərəçarpacaq irəliləyişlərə səbəb ola bilər. İnsanlarla münasibətlərə yenidən baxın. Hövsələsiz olmayın.
ƏQRƏB - Ümumi çalarlarına görə, uğurlu gündür. Qarşıdakı bir həftə ərzində görəcəyiniz vacib işləri indidən planlaşdırın. Axşam aldığınız bütün dəvətləri isə təxirə salın. Qidanıza fikir verin.
OXATAN - Ulduzların düzümü işinizin çox olacağından xəbər verir. Qarşınızda duran vəzifələrə məsuliyyətlə yanaşın. Nüfuzlu adamlarla görüşləriniz gələcək uğurlarınıza qapı açacaq.
OĞLAQ - Saat 14-ə qədər iştirakçısı olduğunuz proseslərdən baş çıxara bilsəniz, sonrakı müddətdə bir neçə sürprizlə rastlaşacaqsınız. Ətrafınızdakılara nəyə qadir olduğunuzu göstərin.
SUTÖKƏN - Şəxsi problemlərinizin həlli üçün müəyyən vacib şəxslərlə görüşməyiniz məsləhətdir. Yeni təklif və rəylərə isə ciddi reaksiya verməyin. Saat 14-18 arası büdcəniz arta bilər.
BALIQLAR - Astroloji göstəricilər müəyyən gərginlikdən xəbər verir. Ələlxüsus da cəhdlərinizin boşa çıxma ehtimalı yüksəkdir. Odur ki, başınızı adi işlərlə qarışdırmağa çalışın.
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA