Pişik Günel: “Sənin mənim alt paltarımın içində nə işin var?” - Fotolar
Bizi izləyin

Tabloid.az

Pişik Günel: “Sənin mənim alt paltarımın içində nə işin var?” - Fotolar

Pişik Günel ləqəbli müğənni Günel Ələkbərovanın əməliyyatla sinəsindəki silikonları çıxartdırması şou gündəmini məşğul edib.

Pişik Günel ləqəbli müğənni Günel Ələkbərovanın əməliyyatla sinəsindəki silikonları çıxartdırması şou gündəmini məşğul edib. Tabloid.az müğənnidən bu mövzuda müsahibə alıb.

Müğənni olanları təkzib etməklə yanaşı əsəblərinə hakim kəsilə bilməyib, belə xəbər yazanları qeyri-peşəkar adlandırdı:

- Vallah, elə dəxlisiz şeylər yazırlar. Bilmədikləri bir məsələ haqqında ağızlarına gələni yazırlar. Mən tam özümə gələndən sonra sinəmdən silikonlarımı çıxartdırmışam yazanlar baxım görüm necə olacaqlar. Mənim sinəmdə silikon yoxdur!

- Deməli əməliyyatınız silikonlarla bağlı deyilmiş?

- Xeyr! Bu jurnalistlər məni o qədər bezdiriblər ki, artıq susuram. Ən azından zəng edib məndən, ya da yaxın ətrafımdan dəqiq məlumat ala bilərlər. Mən indi prinsipə susuram. Məlumatı dəqiqləşdirməmiş səhv informasiya yayırlar.

- Hələ xəstəxanadasınız?

- Dünən xəstəxanadan çıxmışam. Artıq evdəyəm. Əslində heç bu əməliyyata ehtiyac da yox idi. Sadəcə doğumdan sonra kompleks yaşayırdım. Məhz buna görə bu əməliyyata qərar verdim.

- Belə çıxır ki, liposaksiya etdirmisiniz?

- Bu əməliyyatım haqqında açıqlama verməyəcəyəm. Ancaq onu deyə bilərəm ki, lipoksasiya da etdirməmişəm. Mənim idman üslublu bədən quruluşum var. Tabloid.az oxucuları üçün yalnız onu deyə bilərəm ki, əməliyyatı görünən nahiyəmdə etdirmişəm. Bu “jurnalistlər” niyə mənim görünməyən yerlərimə soxulmaq istəyirlər, anlamıram. Mənim əslində jurnalistlərə böyük hörmətim var. Onlar dördüncü hakimiyyətdir. Mən özüm də “Arqumentlər və faktlar” jurnalında jurnalist işləmişəm. Belə jurnalistlər soxulcandır. İnsanların görünməyən orqanlarına soxulmaq istəyənlərdir. Görün nə dərəcəyə gəlib çıxıb ki, görünməyən nahiyəmdən yazmaq istəyirlər.

- Axı Sizin kifayət qədər açıq-saçıq şəkilləriniz var, hətta büstqalterdə şəkilləriniz də mövcuddur...

- Mənim çimərlik paltarında şəkillərim var. Amma mən o şəkillərdə lüt deyiləm ki. Axı jurnalistlərin mənim sinəmdə nə işin var? Onun ixtiyarı yoxdur mənim büstqalterimin, alt paltarlarımın altına girsin və oradan nə isə yazsın. Görünən yerdən yazsınlar. İndi mən haramdan əməliyyat olunduğumu açıqlayada, həmin insan nə edəcək ? Mən bu işi belə buraxan deyiləm, məhkəməyə müraciət edəcəyəm. Həmin insan mənim şərəf və ləyaqətimə xələl gətirib. Sivil insanlarıq, necə mənə mənəvi zərbə vurursa, mən də onu məhkəmə ilə əzəcəyəm. Məhkəmədə çağırıb soruşacağam ki, sənin mənim alt paltarımın altında nə işin var. Bu ağır söhbətdir. Namus qeyrət məsələsidir.

- Bəs vətəndaş nikahında yaşadığınız bəyin belə xəbərlərə münasibəti necədir?

- Sevdiyim şəxs əvvəllər fikir verirdi və əsəbiləşirdi. İndi isə belə şeylərə əhəmiyyət vermir. Əsas mən onun yanındayam və o, hər şeyi özü görür.

- Yeni il qabağı bu əməliyyatı etdirmək çox vacib idi?

- Əslində heç ehtiyac yox idi, amma mən özüm istədim ki, Yeni il qabağı kompleksimdən azad olum.

- Yeri gəlmişkən, Yeni ili harada keçirəcəksiniz?

- Saat 12-yə kimi ailəmlə birlikdə ailəmlə, əzizlərimlə qeyd edəcəyəm. Gecə 12-dən sonra işə çıxacağam. Restoranların şou proqramlarında səhnəyə çıxacağam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm