Dünyanın ən gözəl modeli podiumu tərk etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən gözəl modeli podiumu tərk etdi - Fotolar

Dünyanın ən gözəl manikenlərindən hesab edilən Dautzen Krez "Victoria's Secret" şirkətini tərk edib.

Niderland gözəli Dautsen Krez "Victoria's Secret" brendini tərk etdi. O, qanadlarını təhvil verib, mələklərin sıralarını tərk etmək qərarına gəlib. Xarici mətbuatın yazdığına görə, dekabrın 2-dəki şouda çıxışı Krez üçün son olub.

Ehtimal olunur ki, gözəl maniken digər alt paltarı brendlərindən birindən daha sərfəli təklif alıb və bu səbəbdən "Victoria's Secret"lə müqaviləni uzatmaqdan imtina edib.

Digər versiyaya görə, guya, Dautsen ikinci dəfə ana olandan sonra əvvəlki formasını qaytara bilməyib və bir daha alt paltarı şoularında iştirak etməməyə qərar verib. Amma bu variant inandırıcı deyil. Çünki dekabrın 2-də keçirilən şouda Dautsen həmişəki kimi parıldayırdı və formada idi.

Model hələlik bu mövzuda şərh verməyib.

Tabloid.az modelin "Victoria's Secret" brendi ilə əməkdaşlıq çərçivəsində yaratdığı maraqlı obrazların fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm