Tabloid.az
Üzeyirin nömrəsini sosial şəbəkədə satırlar
Üzeyir Mehdizadənin ifası tənqid olunsa da, efirə çıxıb əksəriyyət onu bəyənmədiyini desə də, müğənni “YouTube” video izləmə portalında ən çox mahnıları baxılanlar sırasında öndə gedir. Bu da danılmaz faktdır ki, o, yerli şou əhlinin ən çox müzakirə olunan və tələb olunan simalarından biridir.
Çox nadir hallarda Üzeyiri televiziya verilişlərində qonaq görmək olar. Bu gün müğənni “Space” telekanalında yayımlanan “Günaydın” verilişinin qonağı olub. Veriliş boyu aparıcı Vüsalə Kərimova daha çox müğənninin ifalarına yer ayırıb.
Veriliş boyu məlum olub ki, müğənni tez-tez mobil nömrəsini dəyişir. Müğənninin keçmiş prodüseri Samir Xəttab buna aydınlıq da gətirib:
“Üzeyirin nömrəsini “facebook”-da pulla satırlar. Özüm bunun da şahidi olmuşam. Hətta bir ara Üzeyirə zarafatla deyirdim ki, gərək keçim bu biznesə”.
Müğənni isə nömrəsini hər kəsdən gizlətdiyini bildirib: “Özümə yeni nömrə almışam. Onu hamıdan gizlədirəm. Heç Samir də nömrəmi bilmir”.
Keçmiş prodüser və müğənni iş birliyinə son qoymalarına da aydınlıq gətiriblər. Məlum olub ki, Üzeyirin yeni prodüseri Yusif olsa da, Samir müğənninin bütün təşkilatı işlərini həyata keçirir.
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?