Tabloid.az
Saçlarını boyadan kişi müğənnilərimiz - Fotolar
Müğənnilərimiz gözəl görünmək üçün dəridən-qabıqdan çıxırlar. Kişi qadın fərq etmədən, bunu fikri əksəriyyətinə aid etmək olar. İndi qadın müğənnilərimizdən çox kişi sənətçilərimiz özlərinə baxırlar. Kimisi qaşını alır, kimi saçını boyayır, kimisi üzü dartdırıb qırışlarını açdırır, kimisi də bunların hamısını edir. Əlqərəz...
Tabloid.az bu gün oxucularına saçını boyayan yerli kişi ifaçılarımızı təqdim edir.
İlk olaraq başlayaq xalq artisti Səməd Səmədovdan. Müğənni duet həmkarını tez-tez dəyişdiyi kimi saçını da tez-tez boyayır ki, onun ağarmış saçlarını görən olmasın.
Xalq artisti Faiq Ağayev də saçını boyayan məşhurlar sırasındadır. Səmədovdan fərqli olaraq Ağayev saçına boyanı hələ dən düşməmiş qoymağa başlayıb.
Xalq artisti Ağadadaş Ağayev də qonşudan qalmaq prinsipi ilə yaşayaraq saçlarını qaraldır.
Elariz Məmmədoğlu isə saçlarını boyamazdan öncə başına tük əkdirib, daha sonra onları boyamaq haqqında düşünüb.
Cavanşir Məmmədov da Elarizin yolu ilə gedən sənətçilərdəndir. O, başını boyamazdan əvvəl başına tük əkdirib, sonradan ikinci baharını yaşayan saçlarına rəng qoymağa başlayıb.
Xalq artisti Mübariz Tağıyev də uzun illərdir ki, saçını boyamaqla məşğuldur. Xalq artisti o qədər tez-tez boyadan istifadə edir ki, onun hələ ağarmış saçını deyəsən görən olmayıb.
Səməd Səmədovun əlindən “Toylar krali” titulunu alan Manaf Ağayev də yaraşıqlı görünmək üçün saç boyasından istifadə edən məşhurlar sırasındadır.
Həyatının ikinci baharını yaşayan Baloğlan Əşrəfov da qocalığını nümayiş etdirməmək üçün bəyaz tellərini qaraldan ifaçılardandır.
Gənc müğənni Ramal isə dəb naminə saçını boyayır. Onun başında hələ ki, ağarmış tükə rast gəlmək mümkün olmasa da, boyanmış saçları da diqqətdən yayınmır.
Samir Bağırov da bütün yuxarıda adları qeyd olunan həmkarları kimi saçlarını boyamağı çox sevir ...
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ