Yağlı dəri üçün ideal maska resepti
Bizi izləyin

Tabloid.az

Yağlı dəri üçün ideal maska resepti

Dəriniz çox yağlıdırsa, təqdim edəcəyimiz maskanı mütləq sınaqdan çıxarmalısınız

Dəriniz çox yağlıdırsa, təqdim edəcəyimiz maskanı mütləq sınaqdan çıxarmalısınız. Gözəllik tövsiyələri ilə Türkiyədə məşhurlaşan dermatoloq Suna Dumankayanın asan hazırlanan maska resepti ilə dərinizin yağ səviyyəsini tənzimləyə biləcəksiniz.

Tərkibi:

1 yemək qaşığı süzmə

1 yumurtanın sarısı

1 çay qaşığı pomidor suyu

1 çay qaşığı bal

Hazırlanması və tətbiqi:

Maskanın tərkibində yer almalı olan bütün vəsaitləri qarışdırın. Təmiz dəriyə bu qarışımdan nazik təbəqə şəklində çəkin. 10 dəqiqə gözlədikdən sonra yenidən qarışıqdan üzünüzə çəkib 30 dəqiqə saxlayın.

Daha sonra qarışığı ovaraq üzünüzü təmizləyin.

Bu proseduranı həftədə 2 dəfə tətbiq etmək məsləhətdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm