Tabloid.az
Gənc müğənni “Bakı gecələri-2014”-ün qalibi oldu - Fotolar, Video
Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” Estrada Mahnı Festivalının qala-konserti baş tutub.
Tabloid.az-ın məlumatına görə, qala-konsertdə 2013-2014-cü illər ərzində yazılan, dinləyicilər tərəfindən sevilərək hitə çevrilən və festivalın təşkilat komitəsi tərəfindən seçilərək proqrama daxil edilən mahnılar səsləndirilib.
Xalq artistləri Flora Kərimova, Nisə Qasımova kimi sənətkarlarımızla yanaşı, müğənnilər sırasında ən gənc müğənni Orxan Babazadənin ifasında hit olan “Bahar çiçəyim” adlı mahnı da yer alıb.
Mahnının musiqisi müğənni Ceyhun Əliyevə, sözləri isə teleaparıcı Azər Şirinə məxsusdur.
Belə bir məşhur festivalda iştirak edib qalib olduğuna görə sevindiyini deyən müğənni təəssüratlarını bölüşüb: “Məşhur sənətkarlarımızın musiqilərinin yer aldığı belə bir məşhur festivalda mahnımın qalib olması mənə yaradıcılıq stimulu verir, gələcəkdə daha gözəl musiqilər ifa etməyə ruhlandırır. Hər bir gənc ifaçı “Bakı gecələri” festivalında qalib olmaq arzusundadır”.
Qeyd edək ki, konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Artıq 4-cü dəfədir keçirilən festival iki ildən bir reallaşır. “Bakı Gecələri” estrada mahnı festivalının keçirilməsində məqsəd Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri