Tabloid.az
“Sarı gəlin” üçün bir araya gəldilər
Doğan Xəbər Agentliyinin verdiyi məlumata görə, Türkiyə hökuməti Azərbaycan da daxil olmaqla dünyanın altı ölkəsini bir araya gətirdi.
Avropa Birliyi və Türk Beynəlxalq Agentliyinin birgə təşkilatçılığı ilə “Musiqi ilə anlaşmaq” layihəsi çərçivəsində maraqlı bir tədbir keçirildi. Estoniya, Ukrayna, Makedoniya, Litva, Azərbaycan və Türkiyənin müxtəlif bölgələrindən Ərzuruma gələn 36 gənc “Sarı gəlin” mahnısını səsləndirdilər.
Klip Aziziye Tabyaları, Çifte Minareli Medrese, Erzurum Kalesi, Havuzbaşı, Atatürk evi, Kongre binası, Üç kümbetler, Erzurum Evleri, Taşmağazalar ile Palandöken Kayak Merkezi kimi fərqli-fərqli məkanlarda çəkilib.
Ərzurumun tarixi və turistik məkanlarında baş tutan çəkiliş prosesləri başa çatıb və klip artıq internetdə izlənmə rekordu qırıb.
Soyuq hava şəraitində çəkilən klipin təşkilatçılarından biri olan Kadir Ergün bunları dedi: "Millət ola bilmək anlayışını ən çox özündə birləşdirən nüans məhz həmin ölkənin mədəniyyətidir. Bu baxımdan musiqinin mədəniyyətdəki rolu əvəzsizdir. Musiqi insanın düşündüklərini səslərlə izah edilmə vasitəsidir. Buna görə də “Musiqi ilə anlaşmaq” layihəsi ərzində dünyanın 6 ölkəsindən müxtəlif gəncləri Ərzurumda bir araya topladıq. Layihənin sonunda klip çəkilişlərinə başladıq. Sonda dekabrın 1-də Atatürk Universitetində böyük bir konsert proqramı təşkil etdik. 500 000-dən çox insan tərəfindən internetdə izlənilən klipin bu cür diqqətdə olması bizi çox sevindirdi”.
kult.az-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir