Tabloid.az
Humay: “Kasıbçılıqla necə böyüdüyümü təsəvvür etmirəm”
ATV-nin “Düzünü desək” verilişində qonaq olan tarzən Humay Qədimova ana itgisi mövzusundan danışıb. Sənətçinin evindən hazırlanan süjetdə onun valideynləri haqqında indiyə qədər demədikləri hamını kövrəldib. Atası 38 yaşında dünyasını dəyişən Humay Qədimova, ötən il anasının itkisi ilə bir daha sarsıldı. Özünə qapanıb, üç ayını Hacı Şahinin dini mülahizələri ilə ovunan sənətçi valideyn itkisini cavan yaşında yaşamasının acısıni dilə gətirib.
“Atam Əfqanıstan, Qarabag müharibəsi iştirakçısı olub, aldığı yaralardan uzun müddət əziyyət çəkirdi və çox yaşaya bilmədi. Uşaqlarını dolandırmaq artıq anamın üzərinə düşmüşdü. Amma anamın qazancı hər şeyə yetmirdi. Qardaşım və mən məktəbli idik. Digər uşaqlar kimi bizim büdcəmiz məktəb üçün tələb olunan ləvazimatları almağa belə yetmirdi. Hər gün azyaşlı uşaqları evə aparan valideynlərə və uşaqlara həsədlə baxırdıq. Qardaşımla əl-ələ verib, düşürdük yola. Anam iki növbədə çalışırdı ki, ailəni dolandıra bilsin. Bizə zaman ayırmağa vaxt qalmırdı. Qapını üzümüzə bağlayıb gedirdi işə. Gəlib 2-3 saat dincəlib, məişət işlərini görüb yenidən işə qaytmaq məcburiyyətində idi. Tara uşaqlıqdan bağlanmışdım. Aləti almağa belə imkan yox idi. Necə böyüdük, hərdən onu təsəvvür edə bilmirəm. Əyləncə, oyun nədi bilməmişik. Sıxıntı ilə yaşasaq da, isti ocağımız var idi, qürurlanırdıq ki, anamız var, bizə arxadı. Amma 7 ay öncə qəfil öskürək və halının pisləşməsi, 52 yaşında onu bizdən ömürlük ayırdı “.
Anası dəfələrlə Türkiyəyə müalicəyə aparan və orada müalicə keçdiyini deyən Humay ömrünün sonuna kimi borcundan çıxmağa hazir idi. Amma bu gün anasız olduğunun hər an acısını yaşadığını dilə gətirdi.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"