Tabloid.az
Qışın sevilən bandana dəbi - Fotolar
Bir neçə mövsümdür ki, papaqları, baş örtüklərini bandanalar əvəz edərək sevilən trendlər arasında özünə yer edib. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, bandana və çalma dəbi modapərəstlərin böyük marağına səbəb olduğu üçün yaydakı aktuallığını və öz hakimiyyətini hələ də saxlayıb.
Bandana və çalma bağlama üsulu isə ilk mərhələdə bir az mürəkkəb görünə bilər. Dizaynerlər hər şeydə rahatlıq axtaran xanımlar üçün hazır bandana və çalmalar təklif edirlər. Bandanalar soyuq havada qulaqları donmağa qoymur, həmçinin saçlara gözəl görünüş bəxş edərək stilinizi daha möhtəşəm hala gətirə bilərsiniz. Bohem tərzində istifadə edilən çalmalar artıq hər geyim stilində üstünlük verilir. Saçların baxımsız və dağınıq görünüşünü də bandana bağlama texnikaları ilə səliqəyə salmaq olar. Xüsusən də toxunma, yun bandanalar qışın ab-havasını özündə cəmləşdirir.
Bandalar açıq saçlarla yanaşı, at quyruğu, toppuz, hörük saç modelləri ilə də xoş görünür. Yay-qış idmandan vaz keçə bilməyən xanımlar da bu cür bandaların rahatlığından mütləq bəhrələnməlidirlər.
Bandana və çalma dəbinin digər bir mühüm qaydası sırğalardır. Bandana taxan zaman qulaqlar boş olmamalıdır. Bandana ilə ahəng təşkil edən sırğa modelləri taxaraq gözəlliyinizə daha bir gözəllik və zəriflik bəxş edə bilərsiniz.
Tabloid.az
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO