Tabloid.az
Cız-bız - Resept
«Cız-bız» sözü quyruq qızararkən çıxan səsin təqlidindən əmələ gəlmişdir. Tabloid.az ləziz cız-bız reseptini təqdim edir:
İnqrediyentlər:
Qoyun içalatı (ağciyər, qaraciyər, ürək, bağırsaqlar, böyrəklər)– 2 kq
Qoyun quyruğu – 300 qram
Kartof – 6 ədəd
Duz – zövqə görə
Hazırlanması:
150 qram quyruq xırda-xırda doğranır və cızdağ edilir. Məhsullar təmiz suda yaxşı-yaxşı yuyulur, doğranır və hərəsi ayrı-ayrı qablara qoyulur. Əvvəlcə quyruqla ağciyərlər, sonra qara ciyər, böyrəklər, ürək qızardılır. Hamısı bir az duzlanır və bir yerə yığılır.
Sonra quyruğun qalan hissəsi də böyük tikələrə doğranır, ya çöpvari, ya da kubiklər şəklində doğranmış kartof ilə birgə qızardılır və ümumi tavaya yığılır, hamısı qarışdırılır və daha 5 dəqiqə od üstündə saxlanılır (çalışın qurumasın). Hazır cız-bız nimçəyə çəkilir və isti-isti çörəklə, şorabalarla, albalı salatı və ya sirkəli salatlarla süfrəyə verilir.
Nuş olsun!
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!